Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
2-04-2018, 14:52 Oxunub: 252

İsa sağdır, qəlbinizin səsinə qulaq asın - Papa dünyaya səsləndi - VİDEO - FOTO

İsa sağdır, qəlbinizin səsinə qulaq asın - Papa dünyaya səsləndi - VİDEO - FOTO

 

"İsa Məsih sağdır! Qəlbinizin səsinə qulaq asın, ürəyinizi dinləyin! İsanın kəlamları ümid və ləyaqət verir. Aclıq, səfalət, kasıblıq, yoxsulluq, işsizlik və səfalətin olduğu, miqrantlarla qaçqınların əzab çəkdiyi, çağdaş mədəniyyətin bu insanları qəbul etmədiyi, narkotik maddələr satıcıları, insan alverçiləri, quldarlığın müasir formalarını yaşadanların özlərini rahat hiss etdikləri dünyada qəlblərimiz daşa çevrilməməlidir".

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci  Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr kilsəsində ənənəvi Pasxa ibadətində belə deyib.

Xeberekspress.Az Daily Mail-ə istinadən bildirir ki, pontifik Müqəddəs Pyotr meydanına yığılmış yüz minlərlə katolikin qarşısında "Urbi et Orbi" ("Şəhərə və dünyaya") xütbəsi ilə çıxış edib.

Bundan əvvəlsə o, bir neçə insanın vəftiz mərasiminə keçirib. Onların arasında silahlı qulduru, zərərsizləşdirmiş nigeriyalı evsiz-eşiksiz miqrant da vardı.

 

2013-cü ildə Roma Papası seçiləndən sonra 1-ci Fransisk artıq 6-cı Pasxanı qeyd edir.


Videonu izləmək üçün şəklə klikləyin:

İsa sağdır, qəlbinizin səsinə qulaq asın - Papa dünyaya səsləndi

XƏBƏR LENTİ