22 Noyabr 2020, Bazar
12 noy 2020, 17:39 | Gündəm / Mədəniyyət
Şuşa ilə bağlı daha bir addım – Siyahıya salınır

Şuşa ilə bağlı daha bir addım – Siyahıya salınır

 

Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanılıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumlikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.

Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

Azərbaycandan bu siyahıya "Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və "Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər 25 noy 2020, 22:22 Maradona öldü 25 noy 2020, 22:18 Bayramov Cavad Zəriflə danışdı 25 noy 2020, 22:14 Qurbanov "Sivasspor"la matçdan danışdı: Çətin olacaq... 25 noy 2020, 22:10 İlham Əliyev 2 fərman imzaladı 25 noy 2020, 22:06 Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub - FOTO 25 noy 2020, 19:00 Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir 25 noy 2020, 18:22 Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir - RƏSMİ 25 noy 2020, 17:55 Ağdamdan köçən erməni qız: Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı 25 noy 2020, 17:23 Abşeronda və Bakının rayonlarında su olmayacaq 25 noy 2020, 16:58 Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO 25 noy 2020, 16:41 Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO 25 noy 2020, 16:39 Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır” 25 noy 2020, 14:16 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 25 noy 2020, 13:47 Dövlət başçısı ermənilərin əsgərlərimizdən kömək istəməsindən danışdı 25 noy 2020, 13:31 Prezident: “Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib” 25 noy 2020, 13:02 İlham Əliyev: “Tapşırıq vermişəm ki, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın” 25 noy 2020, 12:36 Prezident Azərbaycan xalqını təbrik etdi 25 noy 2020, 12:24 İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 25 noy 2020, 12:16 Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEO 25 noy 2020, 12:04 Prezident İlham Əliyev xalqa müraciət edəcək 25 noy 2020, 11:47 Generalın oğlu Paşinyana “eşşək” dedi 25 noy 2020, 11:15 Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO 25 noy 2020, 10:49 Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi 25 noy 2020, 10:16 Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur - “Azərbaycan ordusu 2-2,5 km-likdədir...” 25 noy 2020, 09:56