Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

Gündəm
31-10-2020, 17:36
 
 

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

 

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub. 

 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Eyni zamanda, 455 mülki obyekt, 97 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2465 yaşayış evi yarasız vəziyyətə düşüb.