22 Noyabr 2020, Bazar
24 okt 2020, 16:07 | Gündəm
Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir

 

Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir

 


Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük vətən müharibəsində işğaldan azad olunan şəhər və kəndlərə zəfər bayraqları sancmaqda ikən digər tərəfdən də artıq həmin torpaqlarda tikinti, quruculuq işlərinə start verilib. İlk olaraq, infstrukturun ana xətti olan yol tikintisinin həyata keçirilməsi üçün tapşırıq verilib. Belə ki, prezident  İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Bu xəbər həm  də cəmiyyətə siyasi, psixoloji mənada çox pozitiv təsir edib və artıq dövlətimizin bu savaşda qələbəyə əminliyinin göstəricisi kimi qiymətləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, ilk növbədə Talış və Suqovuşan kəndlərinə yol çəkilir: "Bu yollar tarixi yollardır və onların çəkilməsinin tarixi, strateji əhəmiyyəti çox böyükdür. Çünki artıq Qarabağa şimal istiqamətindən gedən yolları da məhz  bu ərazidən başlayaraq çəkilməsinə start verilir. Təbii ki, cənubdan da ölkə başçısının tapşırığına uyğun olaraq yolların çəkilməsinə start veriləcək. Yaxın vaxtlarda bu işlər də reallaşacaq. 30 ilə yaxındır o ərazilər işğal altındadır və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb. Yollar demək olar ki, yoxdur. Biz oradan mətbuata bir neçə şəkil təqdim etmişdik.  Yolun izi belə qalmayıb, tamamilə sıradan çıxıb. Orada hər hansı infrastruktur layihələrinin həyata keçirilməsi üçün yolun çəkilməsi birinci növbədə vacibdir. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var. Həmin tapşırığa uyğun olaraq üçüncü gündür ki, həmin ərazidə işlər aparılır. Biz çalışacağıq ki, qısa müddət ərzində 1 aya, ayyarıma bu işləri başa çatdıraq. 29 kilometr uzunluğunda yoldur, ancaq gecə -gündüz çalışaraq işləri vaxtında həyata keçirməyə çalışacağıq. Kifayət qədər çoxlu sayda canlı qüvvə və texnika cəlb etmişik. Yol bərpa olunmalıdır ki, sonrakı mərhələdə növbəti infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaransın”.
Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir
Anar Nəcəfli

A.Nəcəflinin sözlərinə görə, digər işğaldan azad olunan ərazilərimiz də var ki, orada da işlərin aparılması planlaşdırılır: "Ölkə başçısının tapşırığını gözləyirik. Maddi-texniki bazamız buna imkan verir ki, qısa müddət ərzində tapşırığa uyğun olaraq yol infrastrukturu yenilənsin. Bizim təkcə respublika və yerli əhəmiyyətli yollarımız deyil, magistral yolumuzun da bir hissəsi işğal altında idi. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan respublikası sərhəddindən dönən magistral avtomobil yolumzun 110 kilometrlik hissəsi işğal altında idi. Artıq ordumuzun əks-hücumu nəticəsində həmin ərazilər də təmizlənir, bu magistral yolun da bərpası gündəmdədir. Ümid edirik ki, yaxın günlərdə ölkə başçısının tapşırığına uyğun olaraq biz həmin magistralın bərpasına başlayacağıq. Çünki Hacıqabuldan Horadizə qədər tam olaraq 180 kilometrlik yolumuz müasir şəkildə bərpa olunub, istifadədədir. Horadizdən başlayaraq, artıq Mincivan və Ermənistan sərhəddinə qədər də biz o yolun bərpasını təmin edə bilərik. Bu istiqamətdə tapşırıq olan kimi işlərə başlanılacaq”.

Qeyd edək ki, işğaldan azad olunan ərazolərin bərpası istiqamətində işlərə "Azərenerji” və "Azərişıq” ASC-lər də qoşulub. "Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu barədə "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzi məlumat yayıb. Bildirilir ki, "Azərişıq” ASC də  35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda "Azərenerji” və "Azərişıq” bütün personalıyla cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin "işə başlayın” əmrini gözləyirlər.
Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir
Fəzail Ağamalı: "Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir”

Millət vəkili Fəzail Ağamalı da artıq müharibə  gedə-gedə quruculuq, infrastruktur işlərinə başlanılmasının əhəmiyyətini yüksək qiymətləndirdi: "Bu, bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun strukturlarının yüksək  şəkildə öz vəzifəsini həyata keçirməyə sadiq olduğunu göstərir, bu işlərin həyata keçirilməsinin vacib olmasından xəbər verir. Digər tərəfdən mən dünən belə bir məlumat da aldım ki, işğaldan azad olunmuş rayonlarımızın elektrik enerjisinin bərpası istiqamətində də iş gedir. Artıq planlama işləri üzərində ciddi araşdırmalar ortaya qoyulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də işğaldan azad olunan torpaqlarımızla bağlı məlumatları son dərəcə qiymətlidir. Bu qurum da öz səlahiyyətləri çərçivəsində fəaliyyətə keçib. Zamanı gəlincə, ”Azərsu" və "Azəriqaz” da eyni işləri görəcək. Bu həm də onun göstəricisidir ki, Azərbaycan həmin torpaqları əbədi olaraq işğaldan azad edir. Ermənistanın ən müxtəlif təxribatlarına, əks-hücumlarına baxmayaraq, bizim qəhrəman silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməkdədir. Hər gün yeni-yeni kəndlərimiz, qəsəbələrimiz düşmənin tapdağından azad edilir. Biz gözləyə bilmərik ki, Ermənistanla bu məsələ tamamilə həllini tapsın, sonra işlərə başlayaq. Bir tərəfdən ordumuz tarixə qızıl səhifələr yazırlar, torpaqlarımızı azad edir, digər tərəfdən, Azərbaycanın müvafiq strukturları onlara tapşırılan işi, öz üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirməyə başlayıblar. Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq".

Vilayət Eyvazov generala vəzifə verdi 30 noy 2020, 18:00 Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO 30 noy 2020, 17:47 "Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı 30 noy 2020, 17:30 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO 30 noy 2020, 17:02 Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” 30 noy 2020, 16:33 “Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI 30 noy 2020, 16:14 Bakıda yüksək vəzifəyə TƏYİNAT 30 noy 2020, 16:04 Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq 30 noy 2020, 14:20 Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" 30 noy 2020, 13:56 Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA 30 noy 2020, 13:31 Təhsil naziri qəzada ölən tələbələrdən yazdı 30 noy 2020, 12:44 Vüsalə Əlizadə rəqsi ilə BİHUŞ ETDİ - VİDEO 30 noy 2020, 12:23 Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu 30 noy 2020, 12:02 Bakıda məktəb direktoru vəfat etdi 30 noy 2020, 11:43 Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar 30 noy 2020, 10:38 İşıq pulu ilə bağlı ƏHALİYƏ YENİ XƏBƏR - Nisbətən ucuz olacaq... 30 noy 2020, 10:09 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO 30 noy 2020, 09:48 Füzulidə minaya düşən şəxslərin ölümlərindən əvvəl çəkdikləri SON VİDEO 30 noy 2020, 09:19 Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü 30 noy 2020, 09:05 Koronavirusun vətəni Hindistan imiş? 30 noy 2020, 08:53 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər 30 noy 2020, 08:42 Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ 30 noy 2020, 08:18 Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır 29 noy 2020, 22:53 Kamran qardaşımıza Allahdan şəfalar diləyirik 29 noy 2020, 22:50 Qarabağ həqiqətləri 29 noy 2020, 22:48