22 Noyabr 2020, Bazar
24 okt 2020, 13:48 | Gündəm / Siyasət
Prezident: “Biz Qarabağda ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”

 
 
Prezident: “Biz Qarabağda ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”

"Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin, mən Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Fransanın "Le Figaro” qəzetinə müsahibəsində Qarabağın gələcəyi ilə bağlı baxışından danışarkən səsləndirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib:

"Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin, bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.

İki millətin, iki xalqın barışacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil.

"Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə dövlətimizin başçısı bildirib.


Vilayət Eyvazov generala vəzifə verdi 30 noy 2020, 18:00 Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO 30 noy 2020, 17:47 "Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı 30 noy 2020, 17:30 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO 30 noy 2020, 17:02 Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” 30 noy 2020, 16:33 “Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI 30 noy 2020, 16:14 Bakıda yüksək vəzifəyə TƏYİNAT 30 noy 2020, 16:04 Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq 30 noy 2020, 14:20 Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" 30 noy 2020, 13:56 Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA 30 noy 2020, 13:31 Təhsil naziri qəzada ölən tələbələrdən yazdı 30 noy 2020, 12:44 Vüsalə Əlizadə rəqsi ilə BİHUŞ ETDİ - VİDEO 30 noy 2020, 12:23 Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu 30 noy 2020, 12:02 Bakıda məktəb direktoru vəfat etdi 30 noy 2020, 11:43 Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar 30 noy 2020, 10:38 İşıq pulu ilə bağlı ƏHALİYƏ YENİ XƏBƏR - Nisbətən ucuz olacaq... 30 noy 2020, 10:09 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO 30 noy 2020, 09:48 Füzulidə minaya düşən şəxslərin ölümlərindən əvvəl çəkdikləri SON VİDEO 30 noy 2020, 09:19 Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü 30 noy 2020, 09:05 Koronavirusun vətəni Hindistan imiş? 30 noy 2020, 08:53 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər 30 noy 2020, 08:42 Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ 30 noy 2020, 08:18 Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır 29 noy 2020, 22:53 Kamran qardaşımıza Allahdan şəfalar diləyirik 29 noy 2020, 22:50 Qarabağ həqiqətləri 29 noy 2020, 22:48