22 Noyabr 2020, Bazar
24 okt 2020, 13:22 | Gündəm / Sosial
DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi

 
 

DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi

 

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Müraciətdə deyilir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.

 

Bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair

Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi "ASAN xidmət” mərkəzlərində;

Xaçmaz rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Xaçmaz regional miqrasiya idarəsində;

Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Mingəçevir "ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Həmçinin, giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Təqdim olunan sənədlərə dair Mingəçevir şəhəri istisna olmaqla qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).


Vilayət Eyvazov generala vəzifə verdi 30 noy 2020, 18:00 Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO 30 noy 2020, 17:47 "Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı 30 noy 2020, 17:30 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO 30 noy 2020, 17:02 Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” 30 noy 2020, 16:33 “Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI 30 noy 2020, 16:14 Bakıda yüksək vəzifəyə TƏYİNAT 30 noy 2020, 16:04 Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq 30 noy 2020, 14:20 Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" 30 noy 2020, 13:56 Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA 30 noy 2020, 13:31 Təhsil naziri qəzada ölən tələbələrdən yazdı 30 noy 2020, 12:44 Vüsalə Əlizadə rəqsi ilə BİHUŞ ETDİ - VİDEO 30 noy 2020, 12:23 Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu 30 noy 2020, 12:02 Bakıda məktəb direktoru vəfat etdi 30 noy 2020, 11:43 Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar 30 noy 2020, 10:38 İşıq pulu ilə bağlı ƏHALİYƏ YENİ XƏBƏR - Nisbətən ucuz olacaq... 30 noy 2020, 10:09 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO 30 noy 2020, 09:48 Füzulidə minaya düşən şəxslərin ölümlərindən əvvəl çəkdikləri SON VİDEO 30 noy 2020, 09:19 Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü 30 noy 2020, 09:05 Koronavirusun vətəni Hindistan imiş? 30 noy 2020, 08:53 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər 30 noy 2020, 08:42 Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ 30 noy 2020, 08:18 Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır 29 noy 2020, 22:53 Kamran qardaşımıza Allahdan şəfalar diləyirik 29 noy 2020, 22:50 Qarabağ həqiqətləri 29 noy 2020, 22:48