22 Noyabr 2020, Bazar
23 okt 2020, 16:24 | Gündəm / Siyasət
“Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar

 

“Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar

 

 

Dünən Zəngilan rayonu Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

 

 Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı rəsmi Tvitter hesabında belə bir paylaım edib:

 

"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".

 

Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında dövlət başçısının Azərbaycan və İran vətəndaşlarını təbrik etməsini şərh ediblər:

 

Deputat Cavanşir Paşazadə dövlət başçısının təbrikinin gələcəkdə sakit və rahat formada yaşamağımızın təminatı olduğunu bildirib:

 

"Cənab Prezidentin Ağbənd qəsəbəsinin azad edilməsi ilə İran və Azərbaycan xalqını təbrik etməsi yaxın qonşuluq ənənələrinə söykənir. İran həm də bizə dini cəhətdən yaxındır. Əqidəmiz, ənənəmiz eynidir. Bizim İranda 30 milyona yaxın soydaşlarımız yaşayır. Soydaşlarımız da İran vətəndaşlarıdır. Bu o deməkdir ki, bizim dostluğumuz bundan sonra da davam etməlidir. Cənab Prezidentin dünən verdiyi tapşırıqlar vardı.  Orada yeni bəndin qurulması, yeni tikintilərin aparılması həm İran, həm də Azərbaycanın birgə müəssisələrinin yaradılmasını gerçəkləşdirəcək və İran-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bu da gələcəkdə bizim sakit və rahat qonşuluq formasında yaşamağımızın təminatı deməkdir”.

 

Deputat Məşhur Məmmədov Azərbaycan dövlətinin hər zaman digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını xüsusi qeyd edib:

 

"Bildiyiniz kimi, dünən Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla da Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Cənab Prezidentin "Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!" deməsi ilə İranın ərazi bütövlüyünü dəstəklədi. Ali Baş Komandan bəzi danışıqların əksinə olaraq İrana olan münasibətini nümayiş etdirdi. Bu da ölkə başçısının dövlət başçısı kimi böyüklüyünü bir daha ortaya qoydu. Bəzi qüvvələr Ermənistanın xeyrinə olaraq Azərbaycan və İran arasında gərginlik yaratmağa çalışıblar. Ölkə başçısı bu gərginliyin olmamasına işarə etdi. Eləcə də, cənab prezidentin Azərbaycan və İran xalqını təbrik etməsi İran vətəndaşlarında da ruh yüksəkliyi yaratdı”.


Vilayət Eyvazov generala vəzifə verdi 30 noy 2020, 18:00 Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO 30 noy 2020, 17:47 "Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı 30 noy 2020, 17:30 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO 30 noy 2020, 17:02 Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” 30 noy 2020, 16:33 “Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI 30 noy 2020, 16:14 Bakıda yüksək vəzifəyə TƏYİNAT 30 noy 2020, 16:04 Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq 30 noy 2020, 14:20 Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" 30 noy 2020, 13:56 Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA 30 noy 2020, 13:31 Təhsil naziri qəzada ölən tələbələrdən yazdı 30 noy 2020, 12:44 Vüsalə Əlizadə rəqsi ilə BİHUŞ ETDİ - VİDEO 30 noy 2020, 12:23 Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu 30 noy 2020, 12:02 Bakıda məktəb direktoru vəfat etdi 30 noy 2020, 11:43 Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar 30 noy 2020, 10:38 İşıq pulu ilə bağlı ƏHALİYƏ YENİ XƏBƏR - Nisbətən ucuz olacaq... 30 noy 2020, 10:09 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO 30 noy 2020, 09:48 Füzulidə minaya düşən şəxslərin ölümlərindən əvvəl çəkdikləri SON VİDEO 30 noy 2020, 09:19 Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü 30 noy 2020, 09:05 Koronavirusun vətəni Hindistan imiş? 30 noy 2020, 08:53 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər 30 noy 2020, 08:42 Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ 30 noy 2020, 08:18 Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır 29 noy 2020, 22:53 Kamran qardaşımıza Allahdan şəfalar diləyirik 29 noy 2020, 22:50 Qarabağ həqiqətləri 29 noy 2020, 22:48