Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

Gündəm / Siyasət
20-10-2020, 17:30
 
 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi "Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

 

"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”