22 Noyabr 2020, Bazar
19 okt 2020, 21:37 | Gündəm / Siyasət
“Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”

 

“Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”

 

 

Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə, biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb.

Xeberekspress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib.

 

Dövlətimizin başçısı deyib: "Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Rusiya tərəfinə bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman etdiyimizi bildirmişik. "Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi... Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır”, - deyə dövlətimizin başçısı əlavə edib.



Vilayət Eyvazov generala vəzifə verdi 30 noy 2020, 18:00 Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO 30 noy 2020, 17:47 "Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı 30 noy 2020, 17:30 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO 30 noy 2020, 17:02 Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…” 30 noy 2020, 16:33 “Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI 30 noy 2020, 16:14 Bakıda yüksək vəzifəyə TƏYİNAT 30 noy 2020, 16:04 Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq 30 noy 2020, 14:20 Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" 30 noy 2020, 13:56 Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA 30 noy 2020, 13:31 Təhsil naziri qəzada ölən tələbələrdən yazdı 30 noy 2020, 12:44 Vüsalə Əlizadə rəqsi ilə BİHUŞ ETDİ - VİDEO 30 noy 2020, 12:23 Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu 30 noy 2020, 12:02 Bakıda məktəb direktoru vəfat etdi 30 noy 2020, 11:43 Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar 30 noy 2020, 10:38 İşıq pulu ilə bağlı ƏHALİYƏ YENİ XƏBƏR - Nisbətən ucuz olacaq... 30 noy 2020, 10:09 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO 30 noy 2020, 09:48 Füzulidə minaya düşən şəxslərin ölümlərindən əvvəl çəkdikləri SON VİDEO 30 noy 2020, 09:19 Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü 30 noy 2020, 09:05 Koronavirusun vətəni Hindistan imiş? 30 noy 2020, 08:53 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər 30 noy 2020, 08:42 Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ 30 noy 2020, 08:18 Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır 29 noy 2020, 22:53 Kamran qardaşımıza Allahdan şəfalar diləyirik 29 noy 2020, 22:50 Qarabağ həqiqətləri 29 noy 2020, 22:48