Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
17-10-2020, 21:27

Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə - ŞƏRH

 
 

Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə - ŞƏRH

 

Bu gün ölkə başçısı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun yeddi kəndi və Füzuli şəhərinin azad olunduğunu açıqladı. Bu o an idi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncədə mülki əhaliyə atılan raketin "xoşbəxtliy”ini yaşayırdı.

Əslində Füzulinin bu gün alınmasının elan edilməsi erməni terrorçu qüvvələrinə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Füzulini hələ 15 gün əvvəl ala bilərdi, amma sonra onu ətrafdakı yüksəkliklərdən top atəşinə tutmaqdan qorumalı idi. Şəhər strateji Horadiz - Qırmızı Bazar yolunun keçdiyi Qarabağ düzənliyini Qarabağ düzü ilə birləşdirən bir dərədə yerləşir. Lakin Azərbaycan Silahlı Qüvvələri fərqli hərəkət etdi: Cəbrayıl və Hadrut vasitəsi ilə Xocavənd tərəfdən dağlarda və yüksəkliklərdə Füzulini əhatəyə aldılar. İndi yalnız ordumuz Füzulini almağı deyil, həm də Qırmızı Bazara (Xocavəndin qəsəbəsi) strateji magistral yolu açmağı bacardı. Bu isə Qarabağ yaylası, Ağdam və Əsgəranın arxa tərəfi, Şuşa-Xankəndi-Laçın yoluna bir açar rolunu oynayır. Əslində Füzulinin ələ keçirilməsi yaxın günlərdə işğalçı Ermənistan ordusunu gözləyən bir fiaskonun xəbərçisidir.

Bu, məsələnin hərbi tərəfi. Məsələnin digər tərəflərində də Paşinyan artıq məğlubiyyətə məhkumdur. Ardıcıl məğlubiyyətlər nəticəsində kifayət qədər erməni əsgərləri həlak olub. Ermənistanın Müdafiə Nazirliyi isə indiyədək yalnız 633 erməni hərbçisinin öldürüldüyünü açıqlayıb. Təbii ki, bu say gizlədilir. Ermənistanda analar isə öz övladlarının adlarını hər gün açıqlanan siyahıda axtarır. Dünən Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti erməni əsgər analarının və müvafiq qurumların məktublarını yaydı. Məlum oldu ki, Ermənistanda ölənlərin gizlədilməsinə və bununla da guya daxildə mənəvi psixoloji ruhun qırılmamasına çalışılır. Amma daxildə artıq Paşinya hakimiyyətinin hər cəbhədə məğlubiyyətə düçar olması başa düşülür və itkilərin sayını gizlətmək mümkün deyil.

 

Cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirir. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Artıq Ermənistanda 13 siyasi partiyanın Paşinyan əleyhinə bəyanat yayması məsələnin ciddiliyindən xəbər verir. Bu üzdən Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

"Qarabağ Ermənistandır” dediyi kəlməyə görə az qala üzr istəmək durumuna düşmüş baş nazir artıq münaqişənin mümkün qədər tez dayandırılması ilə özünə sığınacaq tapmağa, mümkün qədər ölkə daxilindəki narazılıqları azaltmağa çalışır. Ancaq artıq ox yaydan çıxıb və bundan sonra bütün şərtlər prezident İlham Əliyevin də dediyi kimi, bizim diqtəmizlə qoyulmalıdır. Biz tezliklə bunu görəcəyik!



XƏBƏR LENTİ
22:22 | Avtovağzal taksi sürücülərindən maraqlı aksiya - FOTO 21:52 | Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər- AÇIQLAMA 21:32 | Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb 20:45 | Prezidentin köməkçisindən Paşinyanın qalmaqallı açıqlamasına REAKSİYA 20:30 | İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım - FOTO 20:07 | Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR 16:31 | Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ 15:37 | Zəngilanın işğaldan azad edilməsi ölkəyə nə vəd edir? - ŞƏRH 15:21 | Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO 15:05 | Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 11:30 | Tərtər rayonu atəşə tutulur - RƏSMİ 11:00 | Ermənilərin məhv edilən döyüş texnikası - SİYAHI 10:40 | Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir - RƏSMİ 10:20 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 10:00 | Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 09:40 | UEFA millimizin və “Qarabağ”ın ev oyunları ilə bağlı qərar verdi - RƏSMİ 09:20 | Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO 21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO