Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
17-10-2020, 13:10

Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL

Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL


Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan "Bakı metropoliteni”ndə sərnişindaşıma fəaliyyəti dayandırılması ilə əlaqədar sərnişin daşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

19 oktyabr tarixindən;


M6 ("28 May” m/st-"H.Aslanov” m/st) ekspress xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunacaq.

M7 ekspress xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə "Sahil” m/st və "Koroğlu” m/st-nı əlaqələndirəcək.

Bu dəyişiklik sayəsində sərnişin tələbatı daha çox olan dayanacaq məntəqələrini, metrostansiyaları əlaqələndirmək mümkün olacaq.

Məlumat üçün qeyd edək ki, sərnişin tələbatına dair son statistik təhlillərə əsas götürülərək 19 oktyabr tarixindən M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq. Bu xətlərdən çıxarılan avtobuslar isə sərnişin axını daha çox olan istiqamətlərdə istifadə ediləcək.

Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır.

Əvvəlki müşahidələr onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır.

Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.

Bununla yanaşı bildiririlk ki,  avtobusa daxil olarkən və səyahət müddətində tibbi maskadan istifadə mütləqdir. Qaydalara riayət olunmadıqda sürücü avtobusu saxlamağa məcbur olacaq ki, bu da hərəkət intervalının pozulmasına, digər sərnişinlərin narahatlığına səbəb olacaqdır.

Sərnişinlərin bu qaydalara əməl etməsi üçün sərnişin axını nəzərə alınmaqla, əsas cəlb etmə məntəqələrində nəzarətçilər xidmət göstərir.

Ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur.

Hazırki daşımalar adi rejimdə təşkil olunan daşımalar deyil, vətəndaşlarımızdan da buna anlayışla yanaşmalarını xahiş edirik.


XƏBƏR LENTİ
22:22 | Avtovağzal taksi sürücülərindən maraqlı aksiya - FOTO 21:52 | Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər- AÇIQLAMA 21:32 | Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb 20:45 | Prezidentin köməkçisindən Paşinyanın qalmaqallı açıqlamasına REAKSİYA 20:30 | İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım - FOTO 20:07 | Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR 16:31 | Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ 15:37 | Zəngilanın işğaldan azad edilməsi ölkəyə nə vəd edir? - ŞƏRH 15:21 | Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO 15:05 | Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 11:30 | Tərtər rayonu atəşə tutulur - RƏSMİ 11:00 | Ermənilərin məhv edilən döyüş texnikası - SİYAHI 10:40 | Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir - RƏSMİ 10:20 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 10:00 | Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 09:40 | UEFA millimizin və “Qarabağ”ın ev oyunları ilə bağlı qərar verdi - RƏSMİ 09:20 | Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO 21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO