Avropa çempionumuz dünya çempionatında qazandığı medalı satır

Gündəm / İdman
16-10-2020, 20:50
Avropa çempionumuz dünya çempionatında qazandığı medalı satır


Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb. Millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı auksiona çıxarmağa hazırdır:


"Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir.

Ancaq bu gün hər birimiz Vətən və ordumuza dəstək üçün fədakarlıqlara hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.