Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
16-10-2020, 15:19

Astarada evə basqın - Qadın öldürüldü

Astarada evə basqın - Qadın öldürüldü


Astara rayonu, Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının 1 oktyabrda yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Astara rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib.


Hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Rüstəm Heydərov 15 oktyabrda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
22:22 | Avtovağzal taksi sürücülərindən maraqlı aksiya - FOTO 21:52 | Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər- AÇIQLAMA 21:32 | Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb 20:45 | Prezidentin köməkçisindən Paşinyanın qalmaqallı açıqlamasına REAKSİYA 20:30 | İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım - FOTO 20:07 | Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR 16:31 | Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ 15:37 | Zəngilanın işğaldan azad edilməsi ölkəyə nə vəd edir? - ŞƏRH 15:21 | Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO 15:05 | Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 11:30 | Tərtər rayonu atəşə tutulur - RƏSMİ 11:00 | Ermənilərin məhv edilən döyüş texnikası - SİYAHI 10:40 | Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir - RƏSMİ 10:20 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 10:00 | Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 09:40 | UEFA millimizin və “Qarabağ”ın ev oyunları ilə bağlı qərar verdi - RƏSMİ 09:20 | Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO 21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO