22 Noyabr 2020, Bazar
15 okt 2020, 21:41 | Gündəm / Siyasət
İlham Əliyev: “Baza prinsiplərində hər şey dəqiq göstərilib və biz ona hər zaman hörmət edirik”

İlham Əliyev: “Baza prinsiplərində hər şey dəqiq göstərilib və biz ona hər zaman hörmət edirik”

 

Bakı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi prinsiplər əsasında həllinə sadiq qalır.

Bu sözləri "RİA Novosti”yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

"Bu prinsiplər uzun illər, mən deyərdim, 10 ildən çox müddət ərzində işlənib-hazırlanıb. Mənim Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesimdə biz mövqelərin razılaşdırılması üzrə çox fəal şəkildə irəliləyirdik”, - deyə İ.Əliyev bildirib.

"Baza prinsiplərinə gəldikdə isə burada hər şey dəqiq göstərilib. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli planda azad edilməsi nəzərdə tutulur. Birinci mərhələdə - bu, işğal olunmuş ərazilərin cənub-şərq hissəsi - beş rayondur. İkinci mərhələdə - Dağlıq Qarabağla Ermənistan arasındakı ərazilər - Laçın və Kəlbəcər rayonlarıdır. Bütün kommunikasiyaların, o cümlədən Ermənistan - Azərbaycan sərhədinin digər hissələrindəki kommunikasiyaların da açılması. Qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması, burada azərbaycanlı qaçqınların həm Şuşaya, həm də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin digər rayonlarına qaytarılması da nəzərdə tutulur. Və tərəflər arasında razılaşdırılmalı olan Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üzrə danışıqlar”, - deyə prezident əlavə edib.

"Bunlar Azərbaycanın hər zaman hörmət göstərdiyi baza prinsipləridir və onları biz işləyib-hazırlamışıq”, - deyə İlham Əliyev vurğulayıb.

Biz çox xoşbəxt xalqıq ki, sizin kimi əvəzolunmaz liderimiz var – Ali Baş Komandana Müraciətlər 23 noy 2020, 20:13 Polkovnik şəhid oldu 23 noy 2020, 19:55 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO 23 noy 2020, 18:44 Koronavirusa yoluxan deputatların adları açıqlandı - SİYAHI 23 noy 2020, 18:40 Qubanın icra başçısına yeni birinci müavin təyin olundu 23 noy 2020, 17:43 Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma - FOTO 23 noy 2020, 17:26 Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB 23 noy 2020, 17:06 Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO 23 noy 2020, 16:27 “Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib 23 noy 2020, 16:05 Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA 23 noy 2020, 15:51 Sabahın hava proqnozu 23 noy 2020, 13:46 Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ 23 noy 2020, 13:18 Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO 23 noy 2020, 12:48 Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 23 noy 2020, 12:21 Bakıda sürücülərə xəbərdarlıq edildi 23 noy 2020, 11:58 “Kontakt Home”da “Black Friday” endirimləri erkən başlayacaq – 60 faizədək ENDİRİM 23 noy 2020, 11:34 Sabah Milli Məclis toplanır 23 noy 2020, 11:01 Bakıda yük maşını aşdı, tıxac yarandı - FOTO 23 noy 2020, 10:42 Bakıda fəhlə faciəli şəkildə öldü 23 noy 2020, 10:16 Üzeyir Hacıbəyovun anım günüdür 23 noy 2020, 09:58 Neft yenidən bahalaşdı 23 noy 2020, 09:29 Üçüncü dalğa 23 noy 2020, 09:06 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR 23 noy 2020, 08:56 “Milan” Neapolda da qalib gəldi - VİDEO 23 noy 2020, 08:33 Şəmkirdə kişi tanışı tərəfindən bıçaqlandı 23 noy 2020, 08:12