Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
15-10-2020, 21:31

ABŞ birjalarında azalma baş verir

ABŞ birjalarında azalma baş verir


Bu gün ABŞ iqtisadiyyatına dəstək proqramının razılaşdırılmasının sual altına düşməsi, Avropada yeni karantin tədbirlərinin tətbiqi fonunda ABŞ birja indekslərinin fyuçersləri azalmağa başlayıb.

 "S&P 500" müqavilələri 1,1 faiz ucuzlaşıb və artıq üç gündür ucuzlaşmağa davam edir.

Həmçinin "Stoxx Europe 600" 2,2 faiz ucuzlaşıb. Asiya bazarlarının da əksər indekslərində azalma qeydə alınıb.

Bu həftə sabitlik yaşayan ABŞ fond bazarının qarşısında duran risq amilləri arasında qarşıdakı seçkilərlə bağlı müəmmalar, iqtisadiyyata dövlət dəstəyinə dair danışıqlarda hələlik işığın görünməməsi, pandemiyanın ikinci dalğası ilə bağlı gözləntilər və dərmanların kütləvi istehsalı tarixlərinin bəlli olmaması, habelə resessiyaya tab gətirmək məsələsi sadalanır.

"Natwest Markets”in təhlil üzrə direktoru Cim Makkormik sadalanan məsələlər üzündən sərmayə bazarında durğunluq yaşandığını, sərmayədarların seçkilərin nəticələrini gözlədiklərini qeyd edib. WSJ/NBS tərəfindən aparılan sorğuya əsasən, ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden hazırkı respublikaçı prezident Donald Trampı 11 bənd qabaqlasa da, sərmayə bazarı iştirakçıları hər cür sürprizlərə qarşı ehtiyatı əldən vermirlər.

Həmçinin ötən həftə işsizlik müavinətləri üçün ərizə verənlərin 830 min nəfər olduğu güman edilir. İşsizliyin artması iqtisadiyyatın dirçəlməsini əngəlləyir. "J.P.Morgan Asset Management”in eksperti Hyu Cimber bütün bunları əsas götürərək Konqres tərəfindən seçkilərədək əlavə maliyyə dəstəyi tədbirləri görəcəyinin ağlabatan olmadığını bildirib.

Dünən Ağ Ev ilə Konqres arasında əlavə dövlət dəstəyinə dair ziddiyyətlər daha da artıb. ABŞ-ın maliyyə naziri Steven Mnuçin 3 noyabr seçkilərinədək razılıq əldə ediləcəyinin inandırıcı görünmədiyini bildirib. Bu kimi şərhlərdən sonra "S&P 500” indeksi 0,7 faiz ucuzlaşıb.

Avropa ölkələrində koronavirusa yoluxanların və müvafiq olaraq da məhdudlaşdırıcı tədbirlərin artması da bazardakı ab-havaya mənfi təsir göstərir. Fransada dünən fövqəladə vəziyyət rejimi və ən böyük şəhərlərdə saat 21-dən 6-dək komendant saatı elan edilib. Ekspertlərin qənaətincə, yeni məhdudiyyətlər iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasını xeyli uzadacaq və çətinləşdirəcək.

Bugünkü hərraclarda "Brent” markalı neft 3,29 faiz ucuzlaşaraq 42,02 ABŞ dollarından satılıb. Qızıl da 0,4 faiz ucuzlaşıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliyi 0,721 faizdən 0,698 faizədək azalıb.

Asiya bazarlarında "Hanq Senq" indeksi 2,1 faiz, "Nikkei 225” də 0,5 faiz ucuzlaşıb. (Report)
XƏBƏR LENTİ
21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO 17:30 | Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO 17:12 | Şəhid ailələrinə və hərbçilərə psixoloji yardım göstəriləcək 16:36 | ADAU rektorunun polşalı həmkarı xaqlımıza dəstəyini bildirdi 16:11 | İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım 15:42 | İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO 15:31 | İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan şəhərini və daha 24 kəndi azad etdiyini bildirdi - YENİLƏNİB 15:27 | Mustafa Şentop: “Ermənistanın mülki əhaliyə hücumunu dünya görməlidir” - FOTO 15:17 | Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq” 15:02 | İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM 14:44 | Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA 12:00 | ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər 11:30 | Çempionlar Liqasında qrup mərhələsinə start verilir - AFİŞA 11:00 | Trampdan korona açıqlaması: Heç kimin eşitmədiyi... 10:40 | Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI 10:20 | Ermənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ 10:00 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı - RƏSMİ 09:40 | MN: Melkumyan, Mirzoyan və Asetryan zərərsizləşdirildi