Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
15-10-2020, 21:10

Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "RİA Novosti”yə verdiyi müsahibədə ölkəmizin Dağlıq Qarabağda vətən müharibəsi apardığını söyləyib.

 

"Bilirsiniz, istənilən müharibə qəddarlıq, insanların əzab çəkməsi, yaxınlarını itirmək deməkdir, amma fərq ondadır ki, Azərbaycan xalqı üçün bu, vətən müharibəsidir, Ermənistan üçün isə təcavüzkar müharibədir. Heç kim üçün sirr deyil və bu, beynəlxalq vasitəçilərin onsuz da bildiyi bir faktdır ki, "Dağlıq Qarabağ Ordusu” adlandırılan bir şey mövcud deyil. Bu gün, erməni tərəfinin belə adlandırdığı bu birləşmənin hərbçilərinin 90% -i Ermənistan vətəndaşıdır”, - deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.

"Onlar orada nə edirlər? Bu gün erməni işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindədir. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz: nə beynəlxalq hüquq, nə də insan əxlaqı baxımından. 30 il ərzində azərbaycanlıların ata yurdlarına buraxılmaması üzrə siyasət yürütmək mümkün deyil. Bunlar erməni əhalisinin heç vaxt yaşamadığı ərazilərdir. Orada hər şeyin dağıdılması və oraya qayıtmaq üçün böyük qüvvə və vaxt sərf edilməli olması başqa məsələdir, ancaq bu cür mövqeyə heç cür haqq qazandırmaq olmaz. Buna görə də biz və bizim hərbi qulluqçularımız vuruşur və Azərbaycan torpağında ölürlər”, - deyə prezident əlavə edib.


XƏBƏR LENTİ
22:22 | Avtovağzal taksi sürücülərindən maraqlı aksiya - FOTO 21:52 | Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər- AÇIQLAMA 21:32 | Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb 20:45 | Prezidentin köməkçisindən Paşinyanın qalmaqallı açıqlamasına REAKSİYA 20:30 | İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım - FOTO 20:07 | Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR 16:31 | Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ 15:37 | Zəngilanın işğaldan azad edilməsi ölkəyə nə vəd edir? - ŞƏRH 15:21 | Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO 15:05 | Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 11:30 | Tərtər rayonu atəşə tutulur - RƏSMİ 11:00 | Ermənilərin məhv edilən döyüş texnikası - SİYAHI 10:40 | Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir - RƏSMİ 10:20 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 10:00 | Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 09:40 | UEFA millimizin və “Qarabağ”ın ev oyunları ilə bağlı qərar verdi - RƏSMİ 09:20 | Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO 21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO