Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
19-09-2020, 17:25

Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO

 

Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO

 

 

Sentyabrın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə "İrsimiz məsuliyyətimizdir” adlı layihəyə başlanılıb.

Nazirlikdən veilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihənin ilk tədbirində iştirak ediblər.

İlkin olaraq layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid tikili – tarixi hamam binası ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Yerli əhəmiyyətli memarlıq abidəsində mühafizə lövhəsi yenilənib

Mətbuata açıqlama verən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki,  aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir: 

"Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri apardıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”.

Anar Kərimov diqqətə çatdırıb ki, "İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləcək. Qeyd edib ki, hazırda respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir: 

"Aparılan monitorinqlər nəticəsində aşkar olunan abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunması nəzərdə tutulub. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək. Bu sahədə özəl sektorun iştirakını təmin etmək niyyətindəyik. Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.

Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə öz minnətdarlığını bildiriblər. Qeyd olunub ki, hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.

Qeyd edək ki, layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.

 


XƏBƏR LENTİ
13:22 | DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi 13:05 | Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO 11:10 | İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik” 10:59 | Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq 10:51 | İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibə verib - FOTO 10:39 | Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 10:19 | Paytaxt küçələri yenidən dezinfeksiya edilir 21:58 | Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur - RƏSMİ 21:32 | Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 21:23 | Trampdan növbəti Qarabağ açıqlaması 21:14 | Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR 21:08 | XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı 18:43 | Karantin qaydaları yenidən sərtləşdirildi - VƏTƏNDAŞLARA MÜRACİƏT 18:19 | Sahibə Qafarova TV24 telekanalına müsahibə verib 18:03 | Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ 17:51 | İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” 16:24 | “Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar 16:14 | Paşinyanın Hitler və Səddamla oxşarlığı: mülki əhaliyə qarşı silah qaldıran diktatorlar - TƏHLİL 15:49 | İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi 15:38 | Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO 13:43 | Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA 13:25 | Sabahın hava proqnozu açıqlandı