Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
19-09-2020, 14:54

DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir

 DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Texnobloqer Fərid Pərdəşünasın "Facebook”da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb.

Bildirib ki, onun içəri buraxılmamasına səbəb isə əynindəki şortikin olması göstərilib:

 

"Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, "bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır”. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuatda verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Onun sözlərinə görə, kişilərin cəmiyyətimizdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil:

"Adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil.

Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki,  dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

K.Əliyevin bu açıqlamasından sonra sosial şəbəkə izləyiciləri tərəfindən müzakirə edilib.

Vəkillər Kollegiyasının üzvü Anar Mövsümoğlu "Report”a bildirib ki, şortik geyindiyi üçün imtahana buraxılmayan şəxs məhkəməyə müraciət edə bilər:

"Qanunda belə bir qadağa yoxdur ki, kişilər şortiklə dövlət orqanlarının inzibati binasına buraxılmasın. Ümumiyyətlə Konstitusiyada qeyd edilir ki, dinindən, irqindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün insanlar bərabərdir. Yəni Konstitusiya bütün insanlara bərabər hüquqlar verir. Həmçinin insanlar da bərabər şəkildə gedib imtahanda iştirak edə bilər.

Geyim qaydaları dövlət orqanlarının daxilində olur, özlərinin daxili intizam qaydalarını tənzimləyən kodeksləri var. Heç bir yerdə konkret olaraq qeyd edilməyib ki, imtahana gələndə vətəndaş hər hansı geyimi geyinməlidir. Belə bir norma yoxdur. Kamran Əliyevin də belə bir açıqlaması absurddur. Şortik geyindiyi üçün imtahana buraxılmayan şəxs məhkəməyə müraciət edə bilər. İnanıram ki, məhkəmə həmin şəxslərin xeyrinə qərar qəbul edər. Mentalitetlə bağlı qanunda qadağa yoxdur. Düzdü, kimsə dövlət orqanlarına paltarsız gedərsə, onda xırda xuliqanlıq kimi içəri buraxılmaya bilər”.

Kamran Əliyev isə "Report”a açıqlamasında deyib ki, kişilərin şortiklə dövlət orqanlarına daxil olması cəmiyyətdə qəbul olunan hal deyil:

"Bir daha qeyd edirəm ki, qanunda belə bir qadağa yoxdur. Aydın məsələdir ki, bu, ora gələn vətəndaşların müraciətləri və şikayətləri əsasında olub. Bu, bizim istəyimiz və yaxud da qanunda olan qadağa ilə bağlı deyil ki... Çimərlik paltarında dövlət idarəsinə giribsə, ona icazə verilməli idi? Gərək onu çimərlik formasında içəri buraxardıq? Kiminsə çimərlik formasında hansısa məsələ ilə bağlı dövlət orqanına gəlməsi cəmiyyətimizdə qəbul olunmayan qaydalardır. Bir daha deyirəm ki, bu, cəmiyyətdə qəbul olunan hal deyil”.



XƏBƏR LENTİ
16:39 | Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 792 yeni yoluxma - FOTO 16:07 | Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir 15:13 | Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb 14:53 | Türkiyə MN: “Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır” 14:32 | Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur 13:48 | Prezident: “Biz Qarabağda ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik” 13:22 | DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi 13:05 | Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO 11:10 | İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik” 10:59 | Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq 10:51 | İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibə verib - FOTO 10:39 | Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 10:19 | Paytaxt küçələri yenidən dezinfeksiya edilir 21:58 | Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur - RƏSMİ 21:32 | Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 21:23 | Trampdan növbəti Qarabağ açıqlaması 21:14 | Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR 21:08 | XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı 18:43 | Karantin qaydaları yenidən sərtləşdirildi - VƏTƏNDAŞLARA MÜRACİƏT 18:19 | Sahibə Qafarova TV24 telekanalına müsahibə verib 18:03 | Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ 17:51 | İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”