Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
19-09-2020, 11:07

AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama

 
 

AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama
"Vaxtilə qədim yunan filosofu Platon Akademos bağında gəzə-gəzə tələbələrinə dərs deyirdi. Və bir gün bu gəzintili dərslər akademiya adını aldı. Təmtəraqdan, görsənişdən tamamilə uzaq, olduqca təvazökar bir şəraitdə yaranan və fəaliyyət göstərən akademiyalar daha sonra Avropanın İntibah dövründə yenidən gündəmə gəldi. Qitənin ən yenilikçi aydınları bir araya toplanaraq elmi müzakirələrlə ölkələrini daha aydın sabahlara apardılar”.

Bunu vitse-spiker Adil Əliyev deyib. O, bildirib ki, istər antik dövrün ən böyük ziyalısı, alimi olan Platon, istərsə də Avropa İntibahının əsasını qoyan böyük aydınlar bilsəydilər ki, XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyası adlı bir qurum dövlət yetkililəri ilə görüşdə yalnız maşınlarının köhnəliyindən danışıb yeni avtomobillər almaq istəyəcəklər, ərsəyə gətirdikləri akademiyalarının adından bu cür istifadə edilməsindən xeyli xəcalət çəkərdilər.

"Çünki insanlıq tarixinə böyük töhfələr verən bu dühalar heç bir zaman şəxsi nəqliyyat vasitələrinin olması barədə düşünməyiblər. Onlar beyinlərini yalnız və yalnız elmin inkişafına sərf edib, böyük çətinliklə əldə etdikləri vəsaitləri elmi-texniki avadanlıqların alınmasına xərcləyiblər. Və həqiqətən də böyük elmi tərəqqilərə imza atıblar.

XXI əsrin ilk çeyrəyində isə AMEA-na hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur. AMEA rəsmiləri dövlət yetkililəri ilə görüşlərində 165 nəqliyyat vasitəsinin olduğundan bəhs edir və onların mütləq əksəriyyətinin köhnəliyindən şikayətlənirlər. Dolayısıyla dövlətdən daha komfort həyatla təmin olunmaq imkanı tələb edirlər. Başqa sözlə desək, dərdləri-sərləri elmi tərəqqiyə imza atmaq yox, yeni maşınlarda gəzməkdir.

Bir daha xatırlatmaq istərdim ki, akademiyanın ilk qurucusu Platonun heç tələbələriylə bir araya gəlmək üçün sinif otağı da yox idi. Məcburən Akademos bağında gəzə-gəzə dünyanın qaranlıq üfüqünü işıqlandırırdılar. Bizim AMEA isə istifadə müddəti bitmiş köhnə nomeklatura məmurlarının ölkəni qaranlıq çağlara qaytarmaq üçün apardıqları müzakirələrin mərkəzinə çevrilib”.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-da olmuş və qurumun İşlər idarəsinin müdiri, professor Elton Məmmədovla görüşmüşdü. Elton Məmmədov ona hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləmişdi. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu demişdi.


XƏBƏR LENTİ
11:10 | İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik” 10:59 | Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq 10:51 | İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibə verib - FOTO 10:39 | Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 10:19 | Paytaxt küçələri yenidən dezinfeksiya edilir 21:58 | Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur - RƏSMİ 21:32 | Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 21:23 | Trampdan növbəti Qarabağ açıqlaması 21:14 | Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR 21:08 | XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı 18:43 | Karantin qaydaları yenidən sərtləşdirildi - VƏTƏNDAŞLARA MÜRACİƏT 18:19 | Sahibə Qafarova TV24 telekanalına müsahibə verib 18:03 | Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ 17:51 | İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” 16:24 | “Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar 16:14 | Paşinyanın Hitler və Səddamla oxşarlığı: mülki əhaliyə qarşı silah qaldıran diktatorlar - TƏHLİL 15:49 | İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi 15:38 | Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO 13:43 | Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA 13:25 | Sabahın hava proqnozu açıqlandı 12:35 | Ermənistana məxsus daha bir PUA məhv edildi 12:14 | “Qaçqınkom ləğv edilməlidir" - Daha ehtiyac qalmayacaq...