Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
18-09-2020, 21:49

Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı

Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı

 


Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib.

Nazir Ceyhun Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında "hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.

XƏBƏR LENTİ
13:22 | DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi 13:05 | Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO 11:10 | İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik” 10:59 | Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq 10:51 | İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibə verib - FOTO 10:39 | Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 10:19 | Paytaxt küçələri yenidən dezinfeksiya edilir 21:58 | Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur - RƏSMİ 21:32 | Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 21:23 | Trampdan növbəti Qarabağ açıqlaması 21:14 | Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR 21:08 | XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı 18:43 | Karantin qaydaları yenidən sərtləşdirildi - VƏTƏNDAŞLARA MÜRACİƏT 18:19 | Sahibə Qafarova TV24 telekanalına müsahibə verib 18:03 | Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ 17:51 | İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” 16:24 | “Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar 16:14 | Paşinyanın Hitler və Səddamla oxşarlığı: mülki əhaliyə qarşı silah qaldıran diktatorlar - TƏHLİL 15:49 | İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi 15:38 | Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO 13:43 | Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA 13:25 | Sabahın hava proqnozu açıqlandı