Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
17-09-2020, 11:00

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 
 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı özünün 52-ci mövsümünün virtual açılışını sentyabrın 18-də gerçəkləşdirəcəkdir. Üzeyir Musiqi günündə onlayn izləyicilərimiz Sumqayıt Dövlət Dram Teatının ilk tamaşası- M.F. Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyasına baxa biləcəklər.

Meydan-məzhəkə üslubunda ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmovdur. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov XeberEkspress–ə bildirib ki,
Hər yeni başlayan mövsümdə dönüb geriyə baxmaq, uğurları xatırlamaq, yarımçıq qalmış işlərin davamını tamamlamaq barədə düşünmək, zənnimcə teatrın ümumi inkişaf konsepsiyasına dəyərli töhfə verə bilir. Elə bu baxımdan  51-ci mövsümdə hansı işləri gördüyümüzü, hansı  problemlərlə üzləşdiyimizi və əlbəttə hansı uğurlu layihələrə imza atdığımızı xatırlamaq yerinə düşər.

2019-cu ildə Prezident İlham Əliyevin Cəfər Cabbarlının yubileyi ilə bağlı imzaladığı Sərəncama müvafiq olaraq ədibin "Solğun çiçəklər” faciəsini repertuarımıza daxil etdik. Televiziya və kino rejissoru kimi  yetərincə tanınmış Elşən Zeynallı kollektivə dəvət olundu. Yeri gəlmişkən, biz yaradıcılıq mübadiləsində  truppa   üzvlərinin  yaradıcılıq  keyfiyyətlərini inkişaf  etdirmək məqsədilə  bu layihəni də mütəmadi planlarımız sırasına daxil etmişik. Ayrı-ayrı üslublara malik rejissorların traktovkası və aktyorlarla iş prinsipi teatrı monotonluqdan çəkindirir. Elşən Zeynallının səhnə  yozumu, maraqlı bədii priyomları, ənənəvi mövzuya kreativ  yanaşma məharəti öz müsbət nəticəsini göstərdi. "Solğun çiçəklər” hər kəsi heyrətləndirə bildi. Demək olar ki, ölkənin bütün sənət ocaqlarında, müxtəlif məktəblərin nümayəndələri tərəfindən hazırlanmış "Solğun çiçəklər” Sumqayıt teatrında tam fərqli səhnə taleyi yaşadı. Mütəxəssislər tamaşaya yüksək qiymət verdilər. Ötən mövsümün uğurlarından danışan M.Həmidov Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş, bizim sifarişimizlə tanınmış dramaturq Əli Əmirli tərəfindən yazılmış "Sevgilim Sumqayıt” monumental tamaşası da 51-ci mövsümün ilk günlərindən repertuar planımızın əsasını təşkil edən əsərlərdən oldu. Qeyd edək ki, obrazların say çoxluğu və kütləvi səhnələrin genişliyi səbəbilə tamaşaya demək olar ki, bütün truppa cəlb edildi.Həmçinin 70 illiklə bağlı ümumşəhər tədbirində də kollektivimizin yaradıcı heyəti fəallıq göstərdi və özünün yaradıcılıq imkanlarını bir daha sübut etdi.51-ci mövsümdə əməkdar artist Namis Şirməmmədov Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povestini səhnələşdirərək quruluş verdi, eyni zamanda dahi Üzeyir Hacıbıylinin "O olmasın, bu olsun” komediyasının məşqlərinə başladı.
Baş rejissor, xalq artisti F. Məhərrəmov Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” və tanınmış teatrşünas  Aydın Talıbzadənin "Tubinot” əsərlərinin eksplikasiyasını hazırladı.

Uzun müddətdir ki,teatrımızda monotamaşa hazırlanmırdı. Əslində monotamaşa aktyorlardan böyük oyun məharəti, plastika, improvizə tələb edir, onu formada saxlayır, fiziki hazırlıqla ruhun vəhdətini təmin edir. Dekorasiyalarla oyun qurmaq, əlbəsə və rekvizitlərdən tərəf-müqabil kimi bəhrələnmək, işıq-səs effektlərini oyunun tərkib hissəsinə çevirmək, tamaşaçını diqqətdə saxlamaq, doğrudan da, aktyordan xüsusi istedad tələb edir. Gənc yazıçı Ülviyyə Heydərovanın "Uşaqlıq” pyesi xalq artisti F.Məhərrəmova, "Pələng” mono pyesi isə gənc rejissor Ümid Abbasova həvalə olundu. "Uşaqlıq” monotamaşasında təhkiyəçi gənc və istedadlı aktyor İlahə Səfərova və "Pələng” əsərində isə Kamran Muradlııdır. Hər iki əsər insan psixologiyasının dərin qatlarına nüfuz edir.

Digər yaradıcı kollektivdən rejissor dəvəti çərçivəsində Gülnar Hacıyeva Azərbaycan xalq nağılı əsasında " Göyçək Fatma”nı balacalar üçün hazırlamağa başladı. Təəssüf ki, dünyanı bürümüş koronavirus bəlası teatrımızin da yaradıcılıq ritmini pozdu.
Amma biz öhdəmizə  düşən missiyanı anladığımızdan, müasir texnoloji inkişafın imkanlarından bəhrələndik. Tərəfimizdən mütəmadi olaraq videokonfranslar keçirildi, maarifçilik işi aparıldı.

Əməkdaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə düzgün  riayət etmək tövsiyyə olundu. Onlayn müzakirələrdən sonra aylıq virtual repertuar planı tərtib etdik."Evdə qal, sağlam ol”, "evdə qal, tamaşa izlə” devizi ilə onlayn formatda həftənin 5 günündə 7 tamaşa təqdim etdik. Uşaqlar gündüz saat 12.00-da, böyüklər axşam saat 18.00-da bizi canlı izləyə bildilər. İzləyici sayımız, rəy və təkliflər yetərincə bol oldu , - deyə M.Həmidov qeyd edib. Əlbəttə, virtual repertuar planının tərtibində əlamətdar günlər, tarixi təqdim anları, milli bayramlar da nəzərə alındı. Hadisələr və ya təqvimlə səsləşən əsərləri seçib təqdim edirdik.
Virtual repertuar siyasətində önəm verdiyimiz "Retro tamaşalar” layihəsi də xüsusi maraqla qarşılandı. Sumqayıt teatrının şərəfli tarixi, zəngin yaradıcılıq yolu var. Artıq dünyasını dəyişmiş və ya paytaxt teatrlarında çalışan məşhur aktyorların bir çoxu üçün məhz Sumqayıt teatrının səhnəsi  ilk sınaq meydanı olub. 

Habelə, uzun müddət repertuardan düşməyən, hər dəfə anşlaqla müşaiyət olunan tamaşaları yaşlı nəsil yaxşı xatırlasa da, müasir gənclik o barədə xəbərsizdir. Buna görə də retro tamaşaları virtual repertuar planına daxil edərək, retro tamaşalar və veteran sənətkarlarla yeni nəsil arasında mənəvi körpü yarada bildik. 52-ci mövsümdə bizdən asılı olmayan səbəblər üzündən yarımçıq qalmış tamaşaların onlayn məşqləri davam edir. İlk dəfə olaraq Fuad Kazımov Ə.Haqverdiyevin "Kimdir Müqəssir” əsərini kamera prinsipində, iki iştirakçı ilə hazırlayacaq. Rejissor eksplikasiyası, açığı, məndə maraq doğurdu. Yeni yanaşması var.

Setyabr ayı üçün virtual repertuar planını tərtib etmişik. Biz maarifləndirmək, düşündürmək, əyləndirmək missiyamızı bütün çətinliklərə rəğmən yerinə yetiririk. Sadəcə, mövcud situasiyalarda format dəyişir. Heç şübhəsiz, teatr canlı sənətdir. Aktyor üzərində tamaşaçının baxışını, münasibətini, nəfəsini hiss etməlidir. Tamaşaçı aktyorun ürəyinin döyüntüsünü eşitməlidir. Aktyor təzim məqamının, alqış sədalarının fərəhini yaşamalıdır. Amma dünyanı narahat edən qlobal bəla üzündən hələ ki, onlayn formatda fəaliyyətə məcburuq. Tezliklə tamaşaçı ilə üzbəüz görüşmək arzusundayıq.

XeberEkspress.az

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır:

 


XƏBƏR LENTİ
13:05 | Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO 11:10 | İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik” 10:59 | Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq 10:51 | İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibə verib - FOTO 10:39 | Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 10:19 | Paytaxt küçələri yenidən dezinfeksiya edilir 21:58 | Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur - RƏSMİ 21:32 | Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 21:23 | Trampdan növbəti Qarabağ açıqlaması 21:14 | Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR 21:08 | XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı 18:43 | Karantin qaydaları yenidən sərtləşdirildi - VƏTƏNDAŞLARA MÜRACİƏT 18:19 | Sahibə Qafarova TV24 telekanalına müsahibə verib 18:03 | Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ 17:51 | İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” 16:24 | “Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar 16:14 | Paşinyanın Hitler və Səddamla oxşarlığı: mülki əhaliyə qarşı silah qaldıran diktatorlar - TƏHLİL 15:49 | İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi 15:38 | Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO 13:43 | Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA 13:25 | Sabahın hava proqnozu açıqlandı 12:35 | Ermənistana məxsus daha bir PUA məhv edildi