Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
16-09-2020, 09:37

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? - ŞƏRH

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? - ŞƏRH

"Dövlət Turizm Agentliyi olaraq daha çox ölkə ilə viza məsələlərinin sadələşdirilməsində, vizasız ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlıyıq”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin 2019-cu ilin iyul ayından yüngülləşdirilməsindən sonra ölkəyə gələn Türkiyə vətəndaşlarının sayı artıb, lakin bu ilin yanvar-fevral aylarını çıxmaq şərti ilə ölkəyə turist gəlmir:

 

"Təbii ki, viza rejiminin ləğv edilməsi ölkələr arasında gəliş-gedişin artmasına təkan verir. Bu, bütün dünya üzrə belədir”.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi tam aradan qaldırıla bilər və iki ölkə arasında münasibətlər buna imkan verir.

Azərbaycan Turizm Bürosunun Avropa ölkələri üzrə regional meneceri Xədicə Nəsirova Oxu.Az-a bildirib ki, Azərbaycanın 2019-cu ildə Türkiyə ilə vizaları ləğv etdiyindən sonrakı dövr ərzində Türkiyədən Azərbaycana gələn turistlər ortalama 17 faiz artıb. Bu, onun göstəricisidir ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana turist axınına qısa müddət ərzində kifayət qədər müsbət təsir göstərib:

"Nəzərə alsaq ki, səyahət planlaması müəyyən vaxt alır, bu rəqəm artımda yüksək say göstəricisidir. Viza sisteminin ümümiyyətlə ləğv edilməsi isə insanlarda qonşu ölkə haqqında daha pozitiv maraq yaradacaq, həm biznes əlaqələrin, həm də gəlmə turizmin müxtəlif sahələrinə müsbət təsirini göstərəcək. Qeyd edim ki, hazırda Türkiyədən turist gəlişi yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2019-cu ilin 1 sentyabr tarixindən etibarən Azərbaycan Respublikası Türkiyə vətəndaşları üçün viza tələbini ləğv edib. Bu, 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına şamil edilib.



XƏBƏR LENTİ
17:54 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO/VİDEO 17:38 | Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO 17:25 | Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO 17:02 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO 16:40 | Binəli Yıldırım koronavirusdan sağaldı 16:12 | “Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO 15:24 | Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” 14:54 | DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir 14:30 | İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” 13:16 | Sabah 29 dərəcə isti olacaq 13:00 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib 12:32 | “Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO 12:05 | Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır” 11:35 | SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 11:07 | AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama 10:33 | Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA 10:07 | Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu 21:54 | DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 21:49 | Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 21:45 | “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 21:39 | Bakı metrosu yenidən bağlanır 21:34 | Aeroport yolundakı sıxlığın səbəbi bəlli oldu