Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
15-09-2020, 15:23

Milli Məclisdə su problemləri ilə bağlı məsələ müzakirə edildi

Milli Məclisdə su problemləri ilə bağlı məsələ müzakirə edildi
Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzuladı.

Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi.

Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Ovçuluq haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında”, "Baytarlıq haqqında” və "Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib.

Qeyd olundu ki, ötən dövründə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniş tərkibli parlament dinləmələri keçirilib. "Azərsu” ASC rəhbərliyinin və digər aidiyyatı qurumların nümayəndələrinin qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, "Su Məcəlləsi”nin yenidən işlənməsinin vacibliyi vurğulanıb.

Sadiq Qurbanov onu da qeyd etdi ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Komitə üzvləri hesabatı məqbul hesab etdilər.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Qanunvericilik işləri planı təsdiq edildi.

Komitənin toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün "Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirdilər, faydalı təkliflər səsləndirdilər.


XƏBƏR LENTİ
21:17 | “Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb 20:55 | Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq” 16:23 | Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək - FOTO 16:03 | Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI 15:47 | “Çanakkale Seramik” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı 15:31 | Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO 15:09 | Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL 15:01 | Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO 13:27 | Sabahın hava proqnozu açıqlandı 13:04 | Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ 12:48 | Düşmən hücumu sərhəddəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA 12:33 | Rusiya mətbuatı: Ermənilər Xankəndindən kütləvi şəkildə qaçır 12:17 | Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR 12:01 | Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ 11:28 | Düşmənin “Uraqan” yaylım atəş sistemi darmadağın edildi - RƏSMİ 11:07 | İxtisas seçimi sabah yekunlaşır - Diqqət! 10:45 | Bakıda mağaza yanaraq külə döndü 10:21 | Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ 09:45 | “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ 09:31 | Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 09:18 | Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ 08:50 | Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ