Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
15-09-2020, 12:47

Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

 

Sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan  verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

"İlkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində "AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub”.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
XƏBƏR LENTİ
17:54 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO/VİDEO 17:38 | Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO 17:25 | Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO 17:02 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO 16:40 | Binəli Yıldırım koronavirusdan sağaldı 16:12 | “Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO 15:24 | Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” 14:54 | DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir 14:30 | İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” 13:16 | Sabah 29 dərəcə isti olacaq 13:00 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib 12:32 | “Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO 12:05 | Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır” 11:35 | SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 11:07 | AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama 10:33 | Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA 10:07 | Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu 21:54 | DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 21:49 | Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 21:45 | “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 21:39 | Bakı metrosu yenidən bağlanır 21:34 | Aeroport yolundakı sıxlığın səbəbi bəlli oldu