Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
15-09-2020, 09:54

İlham Əliyev: “Qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük”

 
 İlham Əliyev: “Qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük”

Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yer alıb.

"Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək”, - deyə dövlətimizin başçısı müraciətində qeyd edib.

 

İlham Əliyev bildirib ki, müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək, bu, şübhəsizdir:

"Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına.

Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”.



XƏBƏR LENTİ
16:23 | Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək - FOTO 16:03 | Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI 15:47 | “Çanakkale Seramik” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı 15:31 | Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO 15:09 | Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL 15:01 | Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO 13:27 | Sabahın hava proqnozu açıqlandı 13:04 | Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ 12:48 | Düşmən hücumu sərhəddəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA 12:33 | Rusiya mətbuatı: Ermənilər Xankəndindən kütləvi şəkildə qaçır 12:17 | Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR 12:01 | Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ 11:28 | Düşmənin “Uraqan” yaylım atəş sistemi darmadağın edildi - RƏSMİ 11:07 | İxtisas seçimi sabah yekunlaşır - Diqqət! 10:45 | Bakıda mağaza yanaraq külə döndü 10:21 | Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ 09:45 | “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ 09:31 | Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 09:18 | Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ 08:50 | Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ 08:36 | Müdafiə Nazirliyi: “Gərgin döyüşlər davam edir” 20:26 | Vətəndaşlar Ali Baş Komandanın ətrafında birləşib - MÜRACİƏTLƏR