Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
14-09-2020, 21:19

Xarcdəki soydaşlarımızdan Prezidentin çağırışına CAVAB: “Bu çağırış milli ruhun, kimliyimizin qorunmasına hesablanıb”

 

Xarcdəki soydaşlarımızdan Prezidentin çağırışına CAVAB: “Bu çağırış milli ruhun, kimliyimizin qorunmasına hesablanıb”

 

 

Bu gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında xaricdə yaşayan soydaşlarımıza müraciət edib:

"Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Xaricdəki diaspor təşkilatların rəhbərləri Modern.az-a verdikləri açıqlamalarda dövlət başçısının bu çağırışını yüksək qiymətləndiriblər.

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov bildirib ki, Prezident İlham Əliyevin bu mövzuya toxunması böyük önəm kəsb edir:

"Çünki xaricdə yaşayan hər bir azərbaycanlı milli kimliyini heç zaman unutmamalıdır. Bu, çox vacib məsələdir. Ölkə başçımızın bu çağırışını müsbət dəyərləndirirəm. Əlavə olaraq deyim ki, 2019-cu ildən başlayaraq Avropanın bir çox ölkələrində "Qarabağ” məktəbləri fəaliyyətə başlayıb. Bu məktləblərin fəaliyyətə başlamasında əsas məqsəd Azərbaycana aid olan ənənələrin, mədəniyyət və dilin öyrədilməsidir. Diaspor təşkilat rəhbərləri olaraq uşqlarımızın Azərbaycan ruhunda böyüdülməsinə hər birimiz çalışırıq. Hesab edirəm ki, cənab Prezidentin çağırışına hər birimiz qoşulmalıyıq. Bu çağırış Azərbaycanın gələcəyinə, milli dəyərlərimizi qorumağa, ümumən inkişafımıza hesablanıb. Ona görə də birmənalı olaraq xaricdə yaşayan hər bir soydaşımız bu çağırışı alqışlayır. Bu çağırış Milli ruhun qorunması çağrışıdır. Deyə bilərik ki, Azərbaycan dövlətinin diaspor siyasəti son illər məhz bu siyasətə xidmət edir”.

Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev Prezidentin milli kimlik məsələsi ilə bağlı fikirlərini təqdirəlayiq hal hesab etdiyini deyib:

"Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə xaricdə yaşayan hər bir azərbaycanlı razıdır. Moskvada uzun illərdir ki, "bazar günü məktəbləri” fəaliyyət göstərir. Təəssüf ki, bu il pandemiya səbəbindən o məktəbləri aça bilmədik. Həmin məktəblərdə Azərbaycan dili, ədəbiyyatı, tarixi tədris olunur, ölkəmizə aid olan görüşlər, tədbirlər keçirilir. Azərbaycan icması fəaliyyətini bu istiqamətdə qurub. Həm evdə, həm də ictimai fəaliyyətimizdə övladlarımızın milli ruhda böyüməsinə çalışırıq. Təəssüfedici məqamlar da var. Bəzən olur ki, övladlarını burda hansısa məktəbə qoyurlar. Ancaq uşaq öz adət-ənənəsini, dilini, mədəniyyətini bilmir. Bir müddət keçəndən sonra valideynlər yanlış yolda olduqlarını dərk edirlər. O səbəbdən də hesab edirəm ki, cənab prezidentin bu barədə çıxışı təqdirəlayiqdir. Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi qeyd edilən sahələrə xüsusi önəm verir. Təbii ki, bu, diasporla bağlı Prezidentimizin qarşıya qoyduği vəzifədir. Hər bir azərbaycanlı bu çağırışı yüksək qiymətləndirir”.

"İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli də xaricdə hər bir azərbaycanlı uşağın milli ruda böyüməsinin vacibliyini xüsusi qeyd edib:

"Fikrimcə, cənab Prezidentin dedikləri çox vacib məqamlardır. Azərbaycan torpağında doğulan, Azərbaycan dilində danışan şəxs Azərbaycan mədəniyyətini, tarixini, mentalitetini öz övladlarına da öyrətməlidir. Bu bir ənənə olmalıdır. Baxmayaraq ki, biz ivrit dilini bilirik, ancaq evimizdə Azərbaycan dilində danışılır. Nəvələrimizə də Azərbaycan mədəniyyətini, dilini, ənənələrini öyrətmişik. Prezident İlham Əliyevin fikirlərini dəstəkləyirəm. Hansı ölkədə yaşamğımızdan asılı olmayaraq, övladlarımızı milli ruhda böyütməliyik. Çünki həmin uşaqlar gələcəkdə Azərbaycanın tanıdılmasında böyük rol oynayacaqlar. Hesab edirəm ki, dövlət başçımız bu fikirləri səsləndirməklə bir daha Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin önəmini xatırladıb. Bu məqamda mütləq Azərbaycanın diaspor siyasətinə diqqət yetirməliyik. Son illər bu sahədə olan müsbət yöndə dəyişiklik hər birimizin ürəyincədir”.


XƏBƏR LENTİ
16:23 | Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək - FOTO 16:03 | Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI 15:47 | “Çanakkale Seramik” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı 15:31 | Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO 15:09 | Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL 15:01 | Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO 13:27 | Sabahın hava proqnozu açıqlandı 13:04 | Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ 12:48 | Düşmən hücumu sərhəddəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA 12:33 | Rusiya mətbuatı: Ermənilər Xankəndindən kütləvi şəkildə qaçır 12:17 | Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR 12:01 | Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ 11:28 | Düşmənin “Uraqan” yaylım atəş sistemi darmadağın edildi - RƏSMİ 11:07 | İxtisas seçimi sabah yekunlaşır - Diqqət! 10:45 | Bakıda mağaza yanaraq külə döndü 10:21 | Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ 09:45 | “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ 09:31 | Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 09:18 | Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ 08:50 | Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ 08:36 | Müdafiə Nazirliyi: “Gərgin döyüşlər davam edir” 20:26 | Vətəndaşlar Ali Baş Komandanın ətrafında birləşib - MÜRACİƏTLƏR