Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
11-09-2020, 19:27

Silahla hədələyərək avtomobili əlindən alındı

 

Silahla hədələyərək avtomobili əlindən alındı

 

 

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində odlu silahla quldurluq edərək özgəsinə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini C.Süleymanov DİN-in "102" Zəng Mərkəzinə və Tərtər RPŞ-yə ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə "Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

 

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb. "İsti izlərlə” və peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər RPŞ-nə gətirilib.

Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



XƏBƏR LENTİ
17:54 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO/VİDEO 17:38 | Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO 17:25 | Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO 17:02 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO 16:40 | Binəli Yıldırım koronavirusdan sağaldı 16:12 | “Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO 15:24 | Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” 14:54 | DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir 14:30 | İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” 13:16 | Sabah 29 dərəcə isti olacaq 13:00 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib 12:32 | “Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO 12:05 | Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır” 11:35 | SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 11:07 | AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama 10:33 | Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA 10:07 | Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu 21:54 | DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 21:49 | Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 21:45 | “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 21:39 | Bakı metrosu yenidən bağlanır 21:34 | Aeroport yolundakı sıxlığın səbəbi bəlli oldu