Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
5-09-2020, 14:14

Bazar günün havası - şimşək çaxacaq, yağış yağacaq

 

Bazar günün havası - şimşək çaxacaq, yağış yağacaq

 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-33, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunu olacaq, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

Sentyabrın 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  21-26 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə sentyabrın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


XƏBƏR LENTİ
21:17 | “Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb 20:55 | Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq” 16:23 | Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək - FOTO 16:03 | Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI 15:47 | “Çanakkale Seramik” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı 15:31 | Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO 15:09 | Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL 15:01 | Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO 13:27 | Sabahın hava proqnozu açıqlandı 13:04 | Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ 12:48 | Düşmən hücumu sərhəddəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA 12:33 | Rusiya mətbuatı: Ermənilər Xankəndindən kütləvi şəkildə qaçır 12:17 | Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR 12:01 | Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ 11:28 | Düşmənin “Uraqan” yaylım atəş sistemi darmadağın edildi - RƏSMİ 11:07 | İxtisas seçimi sabah yekunlaşır - Diqqət! 10:45 | Bakıda mağaza yanaraq külə döndü 10:21 | Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ 09:45 | “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ 09:31 | Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 09:18 | Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ 08:50 | Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ