Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
3-09-2020, 13:49

Sabahın hava proqnozu açıqlandı

 
 

Sabahın hava proqnozu açıqlandı

 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  təşkil edəcək.  

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 4-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



XƏBƏR LENTİ
17:54 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO/VİDEO 17:38 | Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO 17:25 | Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO 17:02 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO 16:40 | Binəli Yıldırım koronavirusdan sağaldı 16:12 | “Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO 15:24 | Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” 14:54 | DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir 14:30 | İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” 13:16 | Sabah 29 dərəcə isti olacaq 13:00 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib 12:32 | “Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO 12:05 | Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır” 11:35 | SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 11:07 | AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama 10:33 | Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA 10:07 | Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu 21:54 | DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 21:49 | Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 21:45 | “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 21:39 | Bakı metrosu yenidən bağlanır 21:34 | Aeroport yolundakı sıxlığın səbəbi bəlli oldu