Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
2-09-2020, 11:58

Bakıda 180 metr uzunluğunda piyada keçidi inşa edildi - FOTO

 

Bakıda 180 metr uzunluğunda piyada keçidi inşa edildi - FOTO

 

 

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə "Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib. Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.

 

Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Qeyd edək ki, bu Bakı şəhərində cari ildə inşa olunan sayca dördüncü piyada keçididir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

 

B


XƏBƏR LENTİ
20:28 | Prezident İlham Əliyev pandemiya dövründə aztəminatlı ailələrin övladlarının təhsil haqqının verilməsi ilə bağlı sərəncam imzalamıişdır 17:54 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO/VİDEO 17:38 | Prezident: “Neft daşları”na yeni həyat veriləcək” - VİDEO 17:25 | Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO 17:02 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO 16:40 | Binəli Yıldırım koronavirusdan sağaldı 16:12 | “Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO 15:24 | Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” 14:54 | DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir 14:30 | İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” 13:16 | Sabah 29 dərəcə isti olacaq 13:00 | İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib 12:32 | “Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO 12:05 | Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır” 11:35 | SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 11:07 | AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib - Vitse-spikerdən sensasiyalı açıqlama 10:33 | Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA 10:07 | Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu 21:54 | DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 21:49 | Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 21:45 | “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 21:39 | Bakı metrosu yenidən bağlanır