Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasından 26 il ötür.

Gündəm / Video
26-08-2020, 19:55
 Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasından 26 il ötür.
 
  Ölkədə elan olunan xüsusi karantin rejimi səbəbi ilə ictimai birliyin yubileyi rəhbər heyətinin və üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanında qeyd edilib. Belə ki, ziyarətdə AVMVİB-nin sədri Fizuli Rızaquliyev, ictimai birliyin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və onun rəhbərliyində rayon şöbəsinin idarə heyəti iştirak ediblər. Ziyarət zamanı İctimai Birliyin üzvləri tərəfindən şəhidlərin məzarlarına gül dəstələri, şəhilərin xatirəsinə ucaldılmış əbədi məşəl abidəsinin qarşısına əklil qoyulub və şəhidlərin ruhuna dualar oxunub. Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. 1994-cü ilin avqust ayının 26-da Ədliyyə Nazirliyində qeydiyyata alınan birliyin hazırda 67 mindən artıq üzvü var. 26 ildir fəaliyyət göstərən ictimai birliyin ətrafında müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələrinin nümayəndələri toplanmışdır.