Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
13-08-2020, 13:13

“Azəriqaz” sayğaclarla bağlı açıqlama yaydı

 
 

“Azəriqaz” sayğaclarla bağlı açıqlama yaydı

 

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: "Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. "Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir”.

Bildirilib ki, dövri yoxlamaya gəldikdə isə bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir: "Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi "Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.



XƏBƏR LENTİ
11:35 | “Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək 11:10 | “Foriella”dan cəbhədə döyüşən əməkdaşları ilə bağlı qərar 10:40 | Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ 10:10 | Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ 09:56 | Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ 09:29 | "Brent" ucuzlaşdı 09:12 | “Qarabağ” Varşavada Polşa çempionuna qarşı - AFİŞA 08:50 | Kolumbiya Senatından Azərbaycana DƏSTƏK 22:19 | DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi 22:16 | İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO 22:07 | Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir 22:03 | "Dərs vaxtı"nın 1 oktyabr cədvəli açıqlandı 22:00 | Qarabağ Azərbaycandır - İbrahim Şehiç 19:44 | Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib 19:23 | Məktəblərdə dərs saatları bu qədər olacaq 18:50 | Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO 18:33 | Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi 17:34 | Bağçaların distant formaya keçirilə bilər? - AÇIQLAMA 17:17 | Azərbaycanda koronavirusa bugünkü yoluxma sayı AÇIQLANDI 17:01 | Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ 16:33 | "Biz tarixi ədaləti bərpa edirik" - Dövlət başçısı 16:16 | Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib