Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
13-08-2020, 12:11

Rüşvət alan məmurlardan XƏBƏR VAR

 
 

Rüşvət alan məmurlardan XƏBƏR VAR

 


Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb. Aparılmış istintaqla Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən edilib. 

Əldə edilmiş sübutlar əsasında Qaraş Şahmuradov 23 may 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, Məharət Əhmədov isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hər iki şəxs barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Nigar Həsənova Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


XƏBƏR LENTİ
12:13 | Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN 11:53 | Müdafiə Nazirliyi cəbhə xəbərləri üçün yeni kanal açdı 11:35 | “Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək 11:10 | “Foriella”dan cəbhədə döyüşən əməkdaşları ilə bağlı qərar 10:40 | Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ 10:10 | Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ 09:56 | Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ 09:29 | "Brent" ucuzlaşdı 09:12 | “Qarabağ” Varşavada Polşa çempionuna qarşı - AFİŞA 08:50 | Kolumbiya Senatından Azərbaycana DƏSTƏK 22:19 | DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi 22:16 | İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO 22:07 | Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir 22:03 | "Dərs vaxtı"nın 1 oktyabr cədvəli açıqlandı 22:00 | Qarabağ Azərbaycandır - İbrahim Şehiç 19:44 | Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib 19:23 | Məktəblərdə dərs saatları bu qədər olacaq 18:50 | Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO 18:33 | Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi 17:34 | Bağçaların distant formaya keçirilə bilər? - AÇIQLAMA 17:17 | Azərbaycanda koronavirusa bugünkü yoluxma sayı AÇIQLANDI 17:01 | Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ