Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
9-08-2020, 11:03

Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi

 

Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi

 

 
Pərdə arxası oynçular

Avqustun 7-də deputat Fazil Mustafanın Parlamentdə Göyçayla bağlı çıxışı və səhəri gün bəzi sosial mediadakı yazısı məni bir qədər məyus etdi. Görəsən cənab deputatın belə alovlu çıxışı hardan qaynaqlanırdı?? Deputat özü bu barədə yazır; " Göyçayın İcra başçısı sahibkarlara divan tutur, məhkəmə qərarlarını heçə sayır və s." Doğrusu Göyçayda heç kəsin tanımadığı xanım "sahibkar" haqqında bu qədər ağız dolusu, özü də alovlu çıxış etmək xeyli təəccüblüdür. Əvvəlan haqqında hay-küylü çıxış edilən xanım sahibkar Məhluqə Xəlilova Göyçayda heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və bir sahibkar kimi bir nəfər də olsun göyçaylıya və ya Göyçay şəhərinə xeyirxah işi olmayıb. Haqqında bəhs edilən torpaq sahəsi isə heç də deputat Fazil Mustafanın dediyi kimi "sahibkar" xanım Məhluqə Xəlilovaya yox, onun yaxın qohumu, Şamaxıdan deputat olmuş (səhv etmirəmsə 15 il) 82 yaşlı Elxan Süleymanova məxsusdur. Bunu isə Göyçayda hər kəs yaxşı bilir. Hazırda isə keçmiş deputat E.Süleymanov Göyçay çayının dəyişdirilmiş yatağının nə az nə çox düz 5 hektardan artıq bir hissəsini qanunsuz olaraq zəbt etmiş və oranı dəmir şiferlə hasarlayaraq müxtəlif meyvə ağacları əkmişdir.
Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi

Cənab Fazil Mustafa, nəzərinizə çatdırım ki, Göyçay şəhərinin şimal hissəsində Göyçay çayının sağ sahilində yerləşən keçmiş çay yatağının bir hissəsi dəyişdirilərək yenidən qurulmuş, çayın keçmiş yatağı dövlət vəsaiti hesabına torpaqlanmışdır.
Biz Göyçay rayon "İctimai Nəzarət" komissiyası olaraq Göyçay şəhər əhalisinin istirahətini səmərəli təşkil etmək məqsədi ilə Göyçay çayının torpaqlanmış boş dövlət torpağı hissəsində istirahət parkının salınmasına köməklik göstərilməsi üçün dövlət başçısı cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova və Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadəyə məktub ünvanlamışıq. Azərbaycan Respublikası Prezident administrasiyasından Prezidentin köməkçisi, Dövlət Nəzarəti şöbəsinin sədri cənab Kərəm Həsənovun imzası ilə Göyçay rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış məktubda Göyçay rayon "İctimai Nəzarət" komissiyasının təşəbbüsünə müsbət cavab verilmiş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması rayon İcra Hakinmiyyətinin başçısına həvalə olunmuşdur. Məhz bu məktubdan sonra dövlət torpağını qanunsuz zəbt etmiş Məhluqə Xəlilovanın nümayəndəsinə (oğluna və ərazini mühafizə edən adını təqdim etməyən digər şəxsə) qanunsuz zəbt edərək, dəmir şiferlə hasara aldıqları 5 ha. torpaq sahəsini öz vəsaitləri hesabına boşaltmaıları təklif olunsa da onlar bunu etmədikdə qanunsuz zəbt edilmiş ərazinin dəmir şiferləri aidiyyatı qurumlar tərəfindən gətirilmiş işçilərlə səliqəli olaraq sökülərək bir kənardan yığılmışdır.
Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi

Cənab deputat Fazil Mustafanın çıxışında dediyi dövlətin adından çıxarılmış məhkəmə qərarına sayğısız münasibət məsələsinə gəldikdə isə cənab deputat, Şəki İnzibati Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu 05.06.2020-ci il tarixli, MXMT (116)-3/2020 saylı qərarı ilə ərizəçi Xəlilova Məhluqə Rəhman qızının iş mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etmiş və Göyçay rayonunun Göyçay Bələdiyyəsinin 15 may 2020-ci il tarixli 06 saylı iclas protokolunda əks olunan Xəlilova Məhluqə Rəhman qızının zəbt etdiyi 2,7 ha. ərazinin 2 gün ərzində boşaldılması və hasarın sökülməsi haqqında qərarının icrasını dayandırmışdır. Bu qərardan vaxtında apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldığından Göyçay rayonunun Göyçay Bələdiyyəsi məhkəmə tərəfindən onun üzərinə qoyuımuş öhdəliyə də əməl edir. Xanım sahibkar tərəfindən zəbt edilmiş (əslində keçmiş deputat Elxan Süleymanov tərəfindən zəbt edilmiş) torpaq sahəsinin 2 gün ərzində boşaldılması barədə Göyçay rayonunun Göyçay Bələdiyyəsinin qəbul etdiyi 25.05 2020-ci il tarixli qərarının dayandırılması barədəki məhkəmə qərarının hazırkı söküntüyə heç bir aidiyyatı yoxdur. Çünki, söhbət Bələdiyyənin 2 gün ərzində sökülməsi barədə qərar verdiyi 2,7 ha. taorpaq sahəsindən yox, zəbt edilmiş 5 hektardan artıq dövlət torpağının boşaldılmasınından gedir.
Cənab Fazil Mustafa, özünüzün də çıxışınızda səsləndirdiyiniz dövlət başçısının korrupsiya və özbaşınalığa qarşı apardığı qətiyyətli mübarizə aparılır Göyçayda. Amma təəssüf ki, bir dəfə də Göyçayda olub, əhalinin fikrini öyrənmədiyiniz, keçmiş deputat həmkarınızın qanunsuz olaraq zəbt etdiyi ərazini boşaltmağı ondan tələb etmədiyiniz halda parlament tribunaslndan "sahibkar"qayğısına qalmaq kimi çıxışınız məncə qərəzdən və bir tərəfli mövqedən başqa bir şey deyildi. Son olaraq özünüzün yazdığınız kimi kimliyindən, himayədarlarının kimliyindən aslı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və heç kəsin mənəmliyinə, hegomonluğuna yol verilmir.

İlqar Məhərrəmli, Göyçay rayon İctimai nəzarət komissiyasının sədr müavini, Ümid Partiyasının Göyçay rayon təşkilatının məclis sədri, 6 cı çağrış Milli Məclisə deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi


XƏBƏR LENTİ
10:10 | Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ 09:56 | Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ 09:29 | "Brent" ucuzlaşdı 09:12 | “Qarabağ” Varşavada Polşa çempionuna qarşı - AFİŞA 08:50 | Kolumbiya Senatından Azərbaycana DƏSTƏK 22:19 | DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi 22:16 | İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO 22:07 | Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir 22:03 | "Dərs vaxtı"nın 1 oktyabr cədvəli açıqlandı 22:00 | Qarabağ Azərbaycandır - İbrahim Şehiç 19:44 | Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib 19:23 | Məktəblərdə dərs saatları bu qədər olacaq 18:50 | Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO 18:33 | Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi 17:34 | Bağçaların distant formaya keçirilə bilər? - AÇIQLAMA 17:17 | Azərbaycanda koronavirusa bugünkü yoluxma sayı AÇIQLANDI 17:01 | Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ 16:33 | "Biz tarixi ədaləti bərpa edirik" - Dövlət başçısı 16:16 | Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib 15:41 | Övladlığa götürülən valideynlərini itirmiş uşaqların təhsil haqlarını dövlət ödəyəcək 15:28 | Düşmənin Füzuli istiqamətində yerləşən taboru atəşə tutuldu: Canlı qüvvələri və texnikaları məhv edildi 14:16 | İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdi