Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
9-08-2020, 10:18

Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür

 
 

Bu gün Azərbaycanın ilk idman ustası, döyüş Sambosu üzrə Dünya və Avropa mükafatçısı, Gəncə İdman Klubunun təsisçisi və rəhbəri, həmçinin (YAZTV) Yeni Azərbaycan Televiziyasının təsisçilərindən biri olan Elvar Osmanovun doğum günüdür.

Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib.

2010-cu ildə AMAKA və Rusiya Dövlət Ali Məktəbləri Nəzdində Beynəlxalq Tətbiqi Kosmanaftika Universitetinin İqtisad İdarəetmə və Maliyyə fakültəsi bitirib.

2010-cu ildə Azərbaycanda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.

2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yer olub.

2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Döyüş sambosu üzrə Avropa Çempionatında 3-cü yer olub.
Elvar Osmanov 2016-cı ildən Gəncə İdman Klubunun təsisçisi və rəhbəridir.

Gəncə İK-ya rəhbərlik etdiyi vaxtdan cüdo idman növü üzrə baş məşqçi Samir İsmayılov Usta cüdoçular arsında Avropa çempionu olub.

Gəncə İK-nın fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov "Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan A. Səmədov ikincilik əldə edərək gümüş medala sahib olub.
22 yanvar 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Ferdeasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə idman sahəsində fərqləndiyinə görə təltif edilib. Bundan başqa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi ilə əlaqədar gənclər və idman sahəsində göstərdiyi xidmətə görə Fəxri Fərmanla təltif edilib.


XƏBƏR LENTİ
11:53 | Müdafiə Nazirliyi cəbhə xəbərləri üçün yeni kanal açdı 11:35 | “Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək 11:10 | “Foriella”dan cəbhədə döyüşən əməkdaşları ilə bağlı qərar 10:40 | Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ 10:10 | Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ 09:56 | Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ 09:29 | "Brent" ucuzlaşdı 09:12 | “Qarabağ” Varşavada Polşa çempionuna qarşı - AFİŞA 08:50 | Kolumbiya Senatından Azərbaycana DƏSTƏK 22:19 | DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi 22:16 | İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO 22:07 | Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir 22:03 | "Dərs vaxtı"nın 1 oktyabr cədvəli açıqlandı 22:00 | Qarabağ Azərbaycandır - İbrahim Şehiç 19:44 | Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib 19:23 | Məktəblərdə dərs saatları bu qədər olacaq 18:50 | Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO 18:33 | Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi 17:34 | Bağçaların distant formaya keçirilə bilər? - AÇIQLAMA 17:17 | Azərbaycanda koronavirusa bugünkü yoluxma sayı AÇIQLANDI 17:01 | Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ 16:33 | "Biz tarixi ədaləti bərpa edirik" - Dövlət başçısı