Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
6-08-2020, 11:46

Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA

 
 

Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA

 

Pandemiya olmasına baxmayaraq, Ələt-Astara yolunun 31-ci km-dən başlayaraq 204-cü km-nə kimi məsafənin ödənişli olması gündəmdədir.

Bunun Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, hazırda yolboyu işlər davam etdirilir:

"Artıq yolun 30 kilometrlik hissəsində işlər yekunlaşmaq üzrədir və son tamamlanma işləri görülür. Yəni 30 kilometrlik hissə istifadəyə verildikdə yol ödənişli olacaq. Yol yaxın müddətdə sitifadəyə veriləcək”.

 

Ödənişin məbləğinə gəlincə, AAYDA rəsmisi bunun dəqiqləşmədiyini bildirib:

"Ödənişin məbləği müzakirə olunur. Amma hazırda yolda ödəniş sistemi üçün qurğular quraşdırlır”.

 

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın "Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin "Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, "Özgün Yapı Sənaye və Ticarət” və "Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın "IRD Engineering”, Almaniyanın "Kocks Consult GmbH”, ABŞ-ın "TERA International Group” və Yaponiyanın "NİPPON KOEL UK Co” şirkətləridir.

 

Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.


XƏBƏR LENTİ
11:13 | Rəsmi Bakı: “Ermənistanın sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur” 10:41 | Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı 10:09 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı 00:00 | Gənc ifaçi Xaçmazli Tamerlan 19:12 | Baş Nazirdən təhsillə bağlı yeni qərar 19:10 | Metro iki günlük bağlanır - Diqqət! 18:30 | Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi 18:24 | Ermənistan terrorçuları cəbhəyə toplayır - TƏHLİL 17:43 | Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT 17:21 | Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO 16:47 | “Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı 16:26 | AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA 15:53 | Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı 15:35 | TƏBİB-də dəyişiklik: Rəvanə Əliyevaya yeni vəzifə verildi 13:48 | Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM 13:32 | Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir” 12:43 | Azərbaycanda institut direktorundan rüşvət alan həbs edildi 12:24 | Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi - öz xahişi ilə 11:41 | Fəxrəddin Manafov xəstəxanaya aparıldı 11:25 | Parlamentin komissiyasına yeni seçiləcək deputatın adı bəlli oldu 11:06 | Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb 10:16 | Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı