Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
1-08-2020, 11:11

Siyəzəndə yanğında iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlandı

Siyəzəndə yanğında iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlandı

 

 
 


İyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş vermiş yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub.

Siyəzən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
17:25 | Koronavirusa yoluxanların sayı 144-ə düşdü - 3 ölü 17:20 | Azərbaycanda 190 manat avqustda da ödəniləcək 16:56 | Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib 16:15 | Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı 15:29 | Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM 15:12 | Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır” 14:33 | İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir” 14:04 | Hərbi qulluqçuların pensiyası artırılacaq 13:39 | Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi 13:22 | İlham Əliyev koronavirusla mübarizə ilə bağlı videoformatda müşavirə keçirib 12:30 | “Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik...” 12:08 | "Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva 11:46 | Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA 11:31 | Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!” 11:09 | Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı 10:46 | Akademiyada ”islahat”a başlayanlar... - Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır... 10:27 | Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 10:15 | İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir 09:48 | Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY 09:33 | Deputatlar bu gün 6 məsələni müzakirə edəcək 22:16 | Beyrut bu silahla vuruldu? – Şok video 22:04 | Azərbaycanda bu benzinin qiyməti bahalaşdı