Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
31-07-2020, 18:04

Bakı Media Mərkəzi bayram namazının canlı yayımını həyata keçirib - FOTO

 
 
 
Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub. Bakı Media Mərkəzinin çəkilişlərini həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən "Heydər” məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər.

Bakı Media Mərkəzindən Modern.az-a bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda, Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.

Qeyd edək ki, bayram namazı Bakı Media Mərkəzinin çəkiliş qrupu tərəfindən ən müxtəlif rakurslardan geniş şəkildə çəkilib və yüksək keyfiyyətli görüntü birbaşa yayım avadanlıqları vasitəsilə İctimai TV, Real TV, o cümlədən mərkəzin rəsmi sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Canlı bağlantı zamanı bayram ərəfəsində Bakı Media Mərkəzinin yaradıcı heyətinin ölkəmizin ən müxtəlif şəhər və regionlarında mövcud olan, milli ornamentlərimizlə bəzədilmiş, islam arxitekturasının gözəl nümunələri sayılan məscid və ziyarətgah komplekslərimizdə etdikləri çəkilişlərin görüntülərindən də istifadə olunub.

Bakı Media Mərkəzi bayram namazının canlı yayımını həyata keçirib - FOTOBakı Media Mərkəzi bayram namazının canlı yayımını həyata keçirib - FOTOBakı Media Mərkəzi bayram namazının canlı yayımını həyata keçirib - FOTO


XƏBƏR LENTİ
16:15 | Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı 15:29 | Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM 15:12 | Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır” 14:33 | İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir” 14:04 | Hərbi qulluqçuların pensiyası artırılacaq 13:39 | Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi 13:22 | İlham Əliyev koronavirusla mübarizə ilə bağlı videoformatda müşavirə keçirib 12:30 | “Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik...” 12:08 | "Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva 11:46 | Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA 11:31 | Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!” 11:09 | Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı 10:46 | Akademiyada ”islahat”a başlayanlar... - Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır... 10:27 | Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 10:15 | İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir 09:48 | Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY 09:33 | Deputatlar bu gün 6 məsələni müzakirə edəcək 22:16 | Beyrut bu silahla vuruldu? – Şok video 22:04 | Azərbaycanda bu benzinin qiyməti bahalaşdı 21:59 | Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO 21:37 | Azərbaycan Livana bir milyon dollar yardım edəcək 21:20 | Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR