Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
31-07-2020, 10:46

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

 

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

 

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.


XƏBƏR LENTİ
12:54 | Yollarda cərimələr ən çox nəyə görə yazılır? 12:23 | Ötən ay vəzifədən azad olunan general vəfat etdi 11:40 | DTX-nin həbs etdiyi general azad edildi 11:21 | Aynişan həyat yoldaşından ayrılıb? 11:19 | Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:35 | Gələn həftə Məhərrəm ayı başlayır 09:56 | Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:25 | Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 09:11 | Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:30 | Rauf Rəhimov Karol Flora 11:21 | Fazil Mustafa eks deputat Elxan Süleymanovun qeyri qanuni zəbt etdiyi torpaqların boşaldılmasında rayon rəhbərini günahlandırır(Foto-fakt) 11:03 | Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi 10:18 | Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür 22:09 | Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən... 21:55 | Prezidentin təltif etdiyi alim Muradov kimdir? 21:43 | 47 yaşlı kişi özünü asdı - Salyanda 21:33 | Millət vəkilindən başçıya cavab: Nəyin "davası" gedir? 20:04 | Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI 19:53 | Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR 18:37 | Azərbaycanda daha 105 yeni yoluxma - Beş nəfər öldü 18:05 | Təkər anbarındakı yanğın söndürüldü (YENİLƏNİB) 17:05 | Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət