Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
24-07-2020, 09:47

Musiqiçi ata və rejissor oğul fəhləlik edir – ŞƏRHSİZ

 Musiqiçi ata və rejissor oğul fəhləlik edir – ŞƏRHSİZ
 

Ümüd Abbas Nihani: "Bir rejissor, bir musiqiçi niyə illərini verib hansısa sənətə yiyələnsin, sonra da gedib tikintidə daş daşısın, palçıq qarışdırsın?!”

Ölkədə elan edilən xüsusi karantin rejimi səbəbindən maddi böhran yaşayan əsas sahələrdən biri mədəniyyət sahəsidir. Kütləvi tədbirlərin, konsertlərin, kino və serial çəkilişlərinin dayandırılması, teatrların, kinoteatrların, konsert salonlarının bağlanılması, toy və digər el şənliklərinin keçirilməsinə qoyulan qadağa müğənniləri, aktyorları, rejissorları, şoumenləri və incəsənətin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şəxsləri bütün maddi gəlirlərindən məhrum edib.

AYNA-ya danışan gənc rejissor, aktyor, "ŞahMat” teatrının rəhbəri Ümüd Abbas Nihaninin sözlərinə görə, pandemiya onun özü ilə yanaşı atasını da işsiz qoyub: "Maddi vəziyyətimiz göz önündədir. Təkcə incəsənət sahəsi deyil, pandemiya, ümumiyyətlə, bütün sahələrə maddi cəhətdən böyük problem yaradıb. Mənim atam da incəsənət adamıdır, mən də. O, musiqiçidir, mən teatr adamı. Bizim tək gəlir yerimiz incəsənətdir. Hamı bilir ki, teatr maaşı ilə dolanmaq mümkün deyil. Ona görə bizim əlavə işlərimiz olurdu. Mən son zəng qururdum, hansısa universitetdə tədbir hazırlayırdım, hansısa şirkətlə əməkdaşlıq edib onların tədbirlərinə quruluş verirdim və s. Əvvəl-axır qıraqdan-bucaqdan bir gəlirimiz olurdu. Bu vəziyyət ki, düşdü ortalığa, bizim hamımızı yarımçıq qoydu”.


"Mən özüm hazırda fəhlə işləyirəm. İndi bu işi bitirirəm və atamla birgə elektrik xətləri çəkməyə gedəcəyik. Təsəvvür edirsiniz? Bir rejissor, bir musiqiçi niyə illərini verib hansısa sənətə yiyələnsin, sırf bu sənətə yiyələnib deyə pul qazana bilməsin, sonra da gedib tikintidə işləsin, daş daşısın, palçıq qarışdırsın? Elə əvvəldən gedib palçıq qarışdırardım da. Niyə oxuyurdum? Mən onsuz da teatrı sevirəm, bunu hamı bilir. Amma bir az dəyər lazımdır da. Vəziyyət bu dəqiqə çox pisdir. Mənim tanıdığım musiqiçilər, aktyorlar, rejissorlar var ki, tikintidə fəhlə işləyirlər, armatur daşıyırlar”, - o deyir.

Nihani qeyd edir ki, ağır iş rejimi yaradıcılıqla məşğul olmaq üçün vaxt və güc saxlamır: "Əlbəttə, adam səhər saat 6-da durub, 7-də işə gedəndə, bütün günü günəşin altında daş daşıyanda, axşam saat 7-də evə gələndə, yeməyini güclə yeyir, duşunu zorla alır. Mütaliəyə, nəsə yazmağa, fikirləşməyə, hansısa tamaşanın "traktovka”sı üzərində işləməyə güc qalmır. Fiziki yorğunluq bir yandan, günün istisi bir yandan, problemlərlə bağlı fikir çəkmək bir yandan...”

"Nə vaxta qədər çəkəcək bu? Karantin elan olunanda fikirləşdim ki, boş vaxtımız çox olacaq. Oxuyacağıq, yeni nələrsə tapacağıq, düşünəcəyik, tamaşaların üzərində işləyəcəyik, özümüzlə baş-başa qalacağıq. Amma özünlə ac baş-başa qalmaq olmur. Acqarına alınmır özünlə baş-başa qalmaq”, - gənc rejissor vurğulayır.
XƏBƏR LENTİ
16:15 | Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı 15:29 | Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM 15:12 | Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır” 14:33 | İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir” 14:04 | Hərbi qulluqçuların pensiyası artırılacaq 13:39 | Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi 13:22 | İlham Əliyev koronavirusla mübarizə ilə bağlı videoformatda müşavirə keçirib 12:30 | “Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik...” 12:08 | "Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva 11:46 | Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA 11:31 | Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!” 11:09 | Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı 10:46 | Akademiyada ”islahat”a başlayanlar... - Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır... 10:27 | Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 10:15 | İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir 09:48 | Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY 09:33 | Deputatlar bu gün 6 məsələni müzakirə edəcək 22:16 | Beyrut bu silahla vuruldu? – Şok video 22:04 | Azərbaycanda bu benzinin qiyməti bahalaşdı 21:59 | Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO 21:37 | Azərbaycan Livana bir milyon dollar yardım edəcək 21:20 | Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR