Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
7-07-2020, 23:05

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə dörd reysədək artıracaq

 
 

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə dörd reysədək artıracaq

 

Azərbaycanın milli aviadaşıyıcısı gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini artıracaq.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Beləliklə, Bakı-İstanbul- Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı AZAL aviaşirkəti tərəfindən həftədə dörd reysdən səkkiz reysədək artırılacaq (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).

 

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Xatırladırıq ki, tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya "WhatsApp” mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

Bütün hallarda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M


XƏBƏR LENTİ
11:40 | DTX-nin həbs etdiyi general azad edildi 11:21 | Aynişan həyat yoldaşından ayrılıb? 11:19 | Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:35 | Gələn həftə Məhərrəm ayı başlayır 09:56 | Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:25 | Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 09:11 | Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:30 | Rauf Rəhimov Karol Flora 11:21 | Fazil Mustafa eks deputat Elxan Süleymanovun qeyri qanuni zəbt etdiyi torpaqların boşaldılmasında rayon rəhbərini günahlandırır(Foto-fakt) 11:03 | Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi 10:18 | Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür 22:09 | Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən... 21:55 | Prezidentin təltif etdiyi alim Muradov kimdir? 21:43 | 47 yaşlı kişi özünü asdı - Salyanda 21:33 | Millət vəkilindən başçıya cavab: Nəyin "davası" gedir? 20:04 | Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI 19:53 | Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR 18:37 | Azərbaycanda daha 105 yeni yoluxma - Beş nəfər öldü 18:05 | Təkər anbarındakı yanğın söndürüldü (YENİLƏNİB) 17:05 | Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət 15:46 | Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi - VİDEO 15:18 | Prezident onu təltif etdi - SƏRƏNCAM