Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
7-07-2020, 22:58

DİN-dən Qazaxda qadının əri və qayınatasını bıçaqlaması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

DİN-dən Qazaxda qadının əri və qayınatasını bıçaqlaması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

 

 
 

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qazaxda qadının ərini və qayınatasını bıçaqlaması ilə bağlı yayılan məlumatlar yalandır”.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Bildirilir ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda qadının əri və qayınatasını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Bu məlumatlar yalandır və dəqiqləşdirilmədən yayımlanıb.

 

Belə ki, bu gün saat 16 radələrində Qazax şəhər Nəriman Nərimanov qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Rafiq Yaşar oğlu İsmayılov Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ailə daixili mübahisə zəminində qayınanası ,1972-ci il təvəllüdlü Babaqızı Şəfəq Şəmsəddin qızı tərəfindən ona şüşə qabla xəsarət yetirilib.

Həmçinin həmin qəsəbədə kirayədə yaşayan Babaqızı Şəfəq Şəmsəddin qızı da Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdə kürəkəni R.İsmayılov tərəfindən ona xəsarət yetirildiyini bildirib. Hər iki şəxsin müraciəti ilə bağlı araşdırma aparılır.

"Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, hər hansı bir hadisə ilə bağlı məlumatı dərc etməzdən əvvəl aidiyyəti dövlət orqanlarının mətbuat xidməti ilə əlaqə saxlasınlar və xəbəri dəqiqləşdirmədən dərc etməsinlər. Onlar dəqiqləşdirilməmiş məlumatı yaymaqla hüquqi məsuliyyət daşıdıqlarını unutmasınlar.” - deyə E.Qasımov vurğulayıb.

17:54

Qazaxda ata və oğlu bıçaq xəsarəti alıblar.

APA-nın məlumatına görə, rayon sakinləri - 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu üz və qol nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
12:23 | Ötən ay vəzifədən azad olunan general vəfat etdi 11:40 | DTX-nin həbs etdiyi general azad edildi 11:21 | Aynişan həyat yoldaşından ayrılıb? 11:19 | Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:35 | Gələn həftə Məhərrəm ayı başlayır 09:56 | Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:25 | Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 09:11 | Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:30 | Rauf Rəhimov Karol Flora 11:21 | Fazil Mustafa eks deputat Elxan Süleymanovun qeyri qanuni zəbt etdiyi torpaqların boşaldılmasında rayon rəhbərini günahlandırır(Foto-fakt) 11:03 | Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi 10:18 | Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür 22:09 | Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən... 21:55 | Prezidentin təltif etdiyi alim Muradov kimdir? 21:43 | 47 yaşlı kişi özünü asdı - Salyanda 21:33 | Millət vəkilindən başçıya cavab: Nəyin "davası" gedir? 20:04 | Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI 19:53 | Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR 18:37 | Azərbaycanda daha 105 yeni yoluxma - Beş nəfər öldü 18:05 | Təkər anbarındakı yanğın söndürüldü (YENİLƏNİB) 17:05 | Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət 15:46 | Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi - VİDEO