Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
1-07-2020, 10:22

Bəhram Bağırzadə ECMO cihazından ayrıldı (YENİLƏNİB)

 
 

Bəhram Bağırzadə ECMO cihazından ayrıldı (YENİLƏNİB)

 

"Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, ECMO cihazına bağlı olaraq davam etdirilirdi. ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində ECMO cihazından ayırma qərarı verilib”.
 
Bunu "Report”a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
 
O bildirib ki, hazırda süni tənəffüs aparatı vasitəsilə özünün ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır:
 
"Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyr edilən müsbətə doğru dəyişikliklər bizi sevindirir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakteriyal superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsiylə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə, komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqteyi-nəzərdən ehtiyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksiyonist, pulmunoloq və digər aidiyyatı ekspertlərin rəyləri ümidvericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.
 
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
 
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin ECMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.
 
09.11
 
"Bəhram Bağırzadənin ümumi vəziyyəti stabil-ağır olaraq qalır”.
 
Bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
 
O bildirib ki, Əməkdar artistin səhhətində az da olsa, müsbət irəliləyişlər müşahidə edilir:
 
"Əvvəlki dövrlə müqayisədə, Bəhram Bağırzadənin vəziyyətində müşahidə edilən hər xırda müsbət irəliləyiş bizim üçün ümiddir. Ümumi vəziyyət stabil-ağır olaraq qalır. Əlimizdən gələni edirik ki, Əməkdar artist qısa zamanda öz sağlamlığına qovuşsun”.
 
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
 
Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

 

 

 


XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ