Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
1-07-2020, 09:58

Hər gün 500 yoluxma: sərt karantin rejimi uzadılmalıdırmı? - Tibbi personal çatışmır, xəstəxanalar dolub...

 
 

Hər gün 500 yoluxma: sərt karantin rejimi uzadılmalıdırmı? - Tibbi personal çatışmır, xəstəxanalar dolub...

 

14 günlük tətbiq olunan sərt karantin rejimi bu həftənin sonu başa çatmalıdır. Əgər uzadılmasa, iyulun 5-dən xüsusi karantin rejiminə keçid edəcəyik. Avqustun 1-dək isə ümumi karantin rejimidir.

Geridə qoyduğumuz bir həftənin statistikası və təhlilləri göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşib. Bu, yeganə müsbət haldır.

Yəni əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür. Azərbaycanda situasiyanı nəzarətdə saxlamaq olardı, hətta karantin rejimi bütünlüklə aradan qalxar, həyat əksər məqamlar baxımından normal axarına qayıdardı. Ancaq sosial izolyasiya qaydalarına və müvafiq dövlət qurumlarının tövsiyələrinə əməl etməyənlərin sayının azalmaması nəticəsində koronavirus pandemiyası ilə bağlı durum ağırlaşdı. Sadəcə, məsələ təkcə bununla yekunlaşmır. İctimai nəqliyyatdan istifadə etməyən, maska taxmaq çağırışı edən dövlət qulluqçuları arasında yoluxanlar var. Necə olur ki, Prezident Administrasiyasının, müxtəlif nazirliklərin əməkdaşları koronavirus infeksiyasına yoluxurlar?

Deməli, sosial təcrid effektiv olduğu qədər epidemiyanın gücü də kifayət qədər qüvvətlidir və şəxsi avtomobili olanları, maska taxanları belə tuta bilir. Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Bu tədbirlər nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir. Belə olan halda 5 iyuldan sonra sərt karantin uzadılmalıdırmı?

Tanınmış həkim Vaqif Qarayev "Yeni Müsavat”a bildirdi ki, əvvəla mətbuatda həkimlərin sözlərinə qısqanclıq var: "Deyirlər ki, niyə Adil Qeybulla, Vasif İsmayıl virusla bağlı danışır? Yaxşı, jurnalist araşdırsın və öyrənsin ki, ölkədə virusoloq var, ya yox. Axı dünyanın həkimləri nə deyirsə, Adil Qeybulla da onlardan fərqli tövsiyə vermir. Adil doktor haqlı olaraq bildirir ki, 14 günlük sərt karantin rejimi effekt verməyəcək, yoluxma artacaq. Mən də o fikirdəyəm.

Axı kafe-restoranları, alış-veriş mərkəzlərini, metronu açmaq lazım deyildi. Amma həkimin işi bunlar deyil, virusdan necə qorunmaq yollarını əhaliyə göstərməkdir. Biz həkimlər də çağırış edirik ki, kütləvi toplaşma yerlərində yoluxma artacaq, avtobuslar virus yuvasıdır. Bir nəzarət mexanizmi olmalıdır".

V.Qarayevin sözlərinə görə, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələrdə də insanlar eyni düşüncədədir:

"Hamı hökumətdən narazıdır, şikayətlənirlər ki, niyə bizi evə qapadırlar, azadlığımızı əlimizdən alırlar, pul vermirlər və s. Hətta yoluxmanın ən az olduğu Gürcüstanda da xalq hökuməti tənqid edir. Onların bir baş infeksionisti var, nə fikir bildirirsə, söyürlər. Amma pandemiyanı neytrallaşdıra biliblər. Ona görə də hökuməti, səhiyyəni, həkimləri, Operativ Qərargahı istədiyiniz qədər tənqid edin, amma özünüzü də qoruyun”.

Doktor maska taxmamağa görə cərimələrin artırılmasını gecikmiş addım hesab edir: "Çoxdan olmalıydı. Kasıb Gürcüstanda cərimə 1000 dollar idi. Bizdə marketlərdə sıxlığa nəzarət edən yoxdur. Gürcüsanda marketin girişində qızdırma ölçürlər, maska tələb edirlər. Əgər yoxdursa, cərimələnir, içəri maskasız keçibsə, market sahibi cərimələnir. Yəni bu mexanizm bizdə təşkil olunmalıdır. Çünki bütün dünyanın həkimləri eyni tövsiyəni verir - sosial məsafə, maska, dezinfeksiya...Yəni başqa üsul yoxdur. Bizdə isə bu tövsiyələri verən həkimlərə hücuma keçirlər. Yaxşı, onda sənin ictimai rəyə təsirin varsa, nüfuzlu adamsansa özün əhaliyə çağırış elə”.

V.Qarayev insanları qorxutmaq niyyətində olmadığını, lakin bu gedişlə yoluxmanın artacağını istisna etmədiyini söylədi:

"Tibbi personal çatışmır, xəstəxanalar aşıb-daşır. Yeri gəlmişkən, yüngül xəstələrin evdə müalicəsi qərarını düzgün sayıram. Mən bir daha çağırış edirəm ki, Operativ Qərargahı da, hökuməti də, biz həkimləri də tənqid edin, amma özünüzü qoruyun, əməl edin”.

"Koronavirusla mübarizədə cərimələri artırmaqla nəyəsə nail ola bilməyəcəyik. Ona görə ocaqlarda - supermarketlərdə, apteklərdə və ictimai nəqliyyatda nəzarət tədbirləri gücləndirilməlidir”.

Bunu isə modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Komitə sədri deyib ki, Operativ Qərargah təcili alternativ yollar barədə düşünməlidir: "Qaydalara nəzarəti gücləndirməsək, cəriməni 10 qat artırsaq da, nəticəsi olmayacaq. Hər gün deyirik ”maska taxın, məsafə saxlayın!", bunlara əməl olunmursa, nəzarəti gücləndirməliyik. Hər yoluxma artdıqca, cəriməni qaldırmaqla bir nəticə əldə edə bilməyəcəyik. Operativ Qərargah alternativ yollar düşünməli və bunu ictimaiyyətə təlqin etməlidir. Yoxsa 2-3 aydır eyni şeyləri deyirik, eyni şeyləri eşidirik".

M.Quliyev qeyd edib ki, Operativ Qərargah ölkədə fəaliyyət göstərən market şəbəkələrinin rəhbərliyi ilə müzakirələr aparmalıdır: "Onların sayı elə də çox deyil. Ciddi tapşırıq verilməlidir ki, heç kəs supermarketlərə maskasız daxil olmasın. Xüsusilə də öz işçiləri maskasız xidmət göstərməsinlər. Mən öz müşahidələrimə əsasən deyirəm ki, aptek və market işçiləri ya maska taxmır, ya da maska çənənin altındaykən xidmət göstərirlər. Bunlar koronavirusun yayılma ocaqlarıdır”.
"Yeni Müsavat”


XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ