Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
30-06-2020, 17:17

Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATI

Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATI

 

 
Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi iyunun 23-də Mahaçqalanın mərkəzində "Daqavtodor”un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun rezonans doğuran qətli ilə əlaqədar açılan cinayət işi üzrə istintaqın təfərrüatını açıqlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Dağıstan Xalq Məclisinin deputatı Məhəmməd Asiyatilovun oğulları Surakat və Hüseyn Asiyatilovlar, məşhur idmançı, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev axtarışdadır.

Cinayətdən əvvəl gənclər - respublikada məşhur ailələrin nümayəndələri arasında münaqişə baş verib. İyunun 23-də saat 22:00 radələrində Lenin Komsomolu parkının ərazisində mübahisə yaranıb. "Daqavtodor” və "Uprdor Kaspi”nin Dağıstan filialının keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərov gözlənilmədən respublika Xalq Məclisi deputatı və Şamil bölgəsinin keçmiş rəhbəri Məhəmməd Asiyatilovun oğlu Surakat Asiyatilovun üzünə zərbə vurub.

Zərərçəkmiş onu vuran şəxsi öldürməyə qərar verib. O, doğma qardaşı Hüseyn və tanışlarını çağırıb, onlardan silahla gəlmələrini istəyib. Təxminən saat 22:40 radələrində Asiyatilov və Ömərov yenidən – bu dəfə Akuşinski prospektində yerləşən Mahaçqala Su kanalı administrasiyasının ərazisində görüşüblər.

Silahlı Surakat Asiyatilov A.Ömərovla dalaşıb, ətrafdakı gənclər onları ayırıb və barışdırmağa çalışıblar. Bu zaman müəssisəsinin ərazisinə əllərində silah olan Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev, onlarla birlikdə isə 20-dən çox şəxs qaçaraq gəlib.

İzdihamı görən A.Ömərov müəssisənin ərazisindən qaçmağa cəhd göstərsə də, Asiyatilov qardaşları və N.Hacıyev onu yerə yıxıb, bir neçə dəfə atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçaraq gizləniblər.

A.Ömərov aldığı çoxsaylı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

Surakat və Hüseyn Asiyatilovlar, həmçinin Nurməhəmməd Hacıyevlə bağlı bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış cinayət törətmək, qanunsuz silah gəzdirmək maddələri ilə cinayət işi açılıb, hər üçü axtarışa verilib.

Qeyd edək ki, Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O, 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

Bundan başqa, N.Hacıyev 2013-cü ildə yeniyetmələr, 2014, 2015-ci illərdə gənclər və 2016-cı ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Ötən il keçirilmiş II Avropa Oyunlarında zədələndiyi üçün final görüşünə çıxmayaraq, gümüş medalla kifayətlənib.

XƏBƏR LENTİ
11:40 | DTX-nin həbs etdiyi general azad edildi 11:21 | Aynişan həyat yoldaşından ayrılıb? 11:19 | Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:35 | Gələn həftə Məhərrəm ayı başlayır 09:56 | Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:25 | Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 09:11 | Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:30 | Rauf Rəhimov Karol Flora 11:21 | Fazil Mustafa eks deputat Elxan Süleymanovun qeyri qanuni zəbt etdiyi torpaqların boşaldılmasında rayon rəhbərini günahlandırır(Foto-fakt) 11:03 | Göyçay rayon siyasi partiya rəsmisi Deputat Fazil Mustafaya öz iradını bildirdi 10:18 | Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür 22:09 | Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən... 21:55 | Prezidentin təltif etdiyi alim Muradov kimdir? 21:43 | 47 yaşlı kişi özünü asdı - Salyanda 21:33 | Millət vəkilindən başçıya cavab: Nəyin "davası" gedir? 20:04 | Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI 19:53 | Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR 18:37 | Azərbaycanda daha 105 yeni yoluxma - Beş nəfər öldü 18:05 | Təkər anbarındakı yanğın söndürüldü (YENİLƏNİB) 17:05 | Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət 15:46 | Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi - VİDEO 15:18 | Prezident onu təltif etdi - SƏRƏNCAM