Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
29-06-2020, 12:44

Fəzail Ağamalı: “Heç kimə güzəşt olmasın, SMS icazəsi də ləğv edilsin!”

Fəzail Ağamalı: “Heç kimə güzəşt olmasın, SMS icazəsi də ləğv edilsin!”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək BakıSumqayıtGəncəLənkəranYevlaxMasallıCəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin "evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır.

Əgər karantin rejiminə istər vətəndaş, istərsə də səlahiyyətlilər məsuliyyətsiz yanaşırlarsa, bunu tətbiq etməyin nə anlamı var? Onsuz da yoluxma sayında hansısa müsbətə dorğu dəyişiklik müşahidə edilmir...

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalının açıqlamasını təqdim edir.

F.Ağamalı bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq, karantin rejimi daha da sərtləşdirilməlidir:

"Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbtən maskadan istifadə edən vətəndaşaların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.

Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.

Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.

Deputat qeyd edib ki, sərtləşdirilmələrin məqsədi insanların virusa yoluxmaması üçündür:

"Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə, barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.

F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib:

"İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu GürcüstanTürkiyə, Avropa təcrübələri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyyənləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedir. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa "yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.

 
XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ