Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
29-06-2020, 09:30

Milli Məclis bu gün cərimələri qaldıracaq - SİYAHI

 

Milli Məclis bu gün cərimələri qaldıracaq - SİYAHI

 

 
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxildir. Qeyd edək ki, iclasda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması məsələsinə baxılacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunur.
Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.
Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.


Bugünkü iclasda aşağıdakı məsələlər baxılacaq:


1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, "Prokurorluq haqqında”, "İcra məmurları haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "İcra haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "Ələt azad iqtisadi zonası haqqında” və "Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

12. "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

13. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

14. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

15. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

16. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

17. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
 

XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ