Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
26-06-2020, 19:43

Deputat: “Azərbaycan ordusunda hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var”

Deputat: “Azərbaycan ordusunda hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var”

 

İyunun 25-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı açılışda çıxış edərkən Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu siyahısında yer aldığını xatırladıb.

Həmçinin, Ali Baş Komandan Azərbaycanın ən müasir silahlara, o cümlədən, hava hücumundan müdafiə sistemlərinə sahib olduğunu vurğulayıb.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Prezidentin çıxışı ilə bağlı Oxu.Az-a danışıb.

Deputat ilk növbədə bildirib ki, dünyada silahlanmaya nəzarət var. Onun sözlərinə görə, dünya orduları hansı silahlara sahibdirsə, bununla bağlı məqamlar beynəlxalq hesabatlarda öz əksini tapır.

Millət vəkilinin sözlərinə görə, bəzi dövlətlərdə elə silahlar var ki, onlar hərbi sirr kimi saxlanılır. O, Azərbaycan ordusunda da belə silahların olmasını istisna etməyib.

"Ola bilər ki, Azərbaycan ordusunda da hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var. Azərbaycan ordusu hər il ən müasir silahlar əldə edir və baza modernləşir”, - deyə E.Məmmədov əlavə edib.

Parlamentari qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər gücə və potensiala malikdir.

E.Məmmədov bildirib ki, Prezidentin "N” saylı hərbi hissənin açılışında söylədiyi fikirlər Ermənistana və ona havadar olan qüvvələrə xəbərdarlıqdır:

"Cənab Prezident xəbərdarlıq edir ki, Azərbaycanın istər döyüş qabiliyyətinə, istər təminatına, istərsə də mübariz ruhuna görə kifayət qədər güclü ordusu var. Azərbaycan ordusu işğalçı ölkənin ordusundan dəfələrlə güclüdür, biz nə yolla olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik”.

Milli Məclis üzvü vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələrində peşəkar, savadlı, hərb elminin incəliklərinə bələd olan zabit heyəti var.

"Həmin zabit heyətinin rəhbərliyi altında vətənpərvər,  fiziki və hərbi döyüş qabiliyyəti olan əsgər heyəti mövcuddur. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər”. 

XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ