Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
26-06-2020, 16:31

Deputat həyəcan təbili çaldı: KARANTİN QAYDALARI SƏRTLƏŞDİRİLMƏLİ, CƏRİMƏLƏR ARTIRILMALIDIR - ÖZƏL

 
 

7NEWS.az xəbər verir ki, son bir ayda Azərbaycanda yoluxanların statistikası ürəkaçan deyil. Gündəlik 600 insanın yoluxması ölkəmiz üçün, xüsusən də səhiyyə sistemi üçün böyük fəlakətə çevrilə bilər. Məsələ ilə bağlı saytımıza özəl açıqlama verən millət vəkili İlham Məmmədov maraqlı çıxış yolu təklif edib. İxtisasca həkim olan deputat təxirə salınmadan karantin qaydalarının daha da sərtləşməsini təklif edib: "Koronovirus çox surətlə yayılır. Bu artıq virus deyil, bəşəriyyət üçün faciəyə çevrilib. Virusun dinamikasının dəyişkənliyi, mutasiyası onun təhlükəli olmasından xəbər verir. Bu virus insanlıq üçün ölüm kabusuna çevrilib. Belə bir şəraitdə hər bir dövlətin atdığı addım vətəndaş rifahının qorunmasına çevrilib. Bu bir müharibədir. Artıq bu müharibə özünün pik nöqtəsinə çatmışdır. Yumşalmadan sonra ikinci dalğanın yaranması ÜST-ün böyük narahatçılığına səbəb olmuşdur. ÜST-ün açıqlamasında qeyd olunur ki, yumşalmadan sonra azı 30 ölkədə kəskin artım qeydə alınıb. Avropada gündəlik 20 min yoluxma, minlərlə ölüm var. Əgər ciddi tədbirlər görülməsə, ümumilikdə, səhiyyə sistemi çökə bilər”

Daha sonra deputat ölkəmizdə virusla mübarizə və nətcələrdən danışıb.

"Təbii ki, ölkəmiz ilk günlərdən ciddi tədbirlər gördü, konkret nəticələr əldə olundu. Bir çox ölkələr koronovirusla mübarizənin Azərbaycan modelini tətbiq etməyə başladılar. Azərbaycanda orta, ali, peşə məktəblərinin bağlanması, kütləvi tədbirlərin ləğvi, sərhədlərin bağlanması öz mübət nəticəsini vermişdi. Bizim yeganə çətinliyimiz insanların davranışı ilə bağlıdır. Biz insaların karantin rejiminə tam riayət etmələri üçün ciddi hüquqi, texniki, sosial baza hazırlamalı və təbiq etməliyik. Düzdür, bir çox tədbirlər artıq görülüb, inzibati xətalar məcələssinə dəyişiklər oldu, cərimələr tətbiq olundu və nəticələrdə var. Hesab edirəm ki, insanlar sərt karantin rejimini gündəlik həyat tərzinə çevirməyi bacaraqlar. Bu onların sağlamlığı, həyatı üçün əhəmiyyətlidir. Ancaq bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bəzi insanlar kütləvi tədbirlər, əyləncələr, pikniklər, şadlıqlar təşkil etdilər, karantin qaydalarını pozmaq, özlərini və ətrafdakıları təhlükəyə atmaq üçün bütün mümkün addımları atırlar. Bu gün artıq biz bunun acı nəticələrini "dadırıq”. Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı etdiyi çıxış insanlarımız üçün bir növ çıxış yolu, həyatda qalma imkanı verir. Prezident konkret olaraq bəzi insanların məsuliyyətsizliyi, real təhlükəni hiss etməməsi səbəbindən, ümumi prosesə zərbə vurulduğunu açıq şəkildə dedi. Biz bir çox inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, sərt karantin dönəmində çox ciddi tədbirlərə əl atdılar, dronlarla, müxtəlif texniki vasitələrlə məsuliyyətsiz insanları anındaca cəzalandırdılar. Ancaq bizdə müəyyən sosial, iqtisadi məqamları nəzərə alaraq tədbiq olunan yumşalma faciə ilə nəticələdi, yoluxanların sayı rekord həddə çatmış oldu. Dünya artıq koronovirusla təhdid olunur. Mənə hər gün tək millət vəkili kimi deyil, həkim kimi yüzlərlə insandan zəng gəlir, qaydaların sərtləşməsini istəyirlər. Qeyd edirlər ki, bəzi məsuliyyətsiz insanlara görə xəstəxanalar dolub, yaxınlarımız, qohumlarımız yoluxublar”.

Depuatat, eyni zamanda, təmsil etdiyi Yevalx rayonunda da sərt karantin rejiminin tətbiq olunduğunu dedi.

"Yevlaxda insaların sərt karantinə əməl etmələıri ilə bağlı çağırışlarımız oldu. Amma təəssüflər olsun ki, bu qaydalara əməl etmək istəməyən, hətta polislə üz-üzə gələnlər də oldu. Biz onlarla görüşdük, onların bütün iqtisadi, sosial şəraitlə təmin olunduqlarını dedik. Bircə şərtimiz var idi: qaydalara əməl edək, vəssalam. İnsanlar bilmıəlidirlər ki, virus mutasiyaya uğrayıb, "vəhşiləşib”, daha böyük təhlükələrə səbəb olur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, maskadan istifadə, gigiyenik qaydalara əməl etmə, məsafə saxlama, karantin qaydalarına əməl etmək bizi, cəmiyyətimizi, dövlətimizi qorumuş olur. Həkimlər qeyd edir ki, rengen zamanı 1 gün ərzində ağciyərin tamamilə yox olmasını müşahidə olunur. Virusa qarşı ən unikal mübarizə qadağalardır. Karantin rejimi ilə bağlı bütün münasibətlər hüquq çərçivəsində tənzimlənir. Bu gün Prezident və I Vitse-prezident tərəfindən dəfələlə müraciətlərin edilməsinə baxmayaraq, çox təəssüf ki, bir çox hallarda karantin qaydalarına riayət etmirlər. Təmsil etdiyim Yevlax rayonunda dezinfeksiya işləri aparılır, maarifləndirici işlər aparılır. Buna da baxmayaraq insanlar əyləncə üçün bir yerə toplaşırlar. Təcrübə göstərdi ki, yas yerləri kütləvi şəkildə yoluxma ilə nəticələnir. Bizdə cərimələr də yüksək deyil. Avropa ölkələri ilə müqayisə etsək, görərik ki, bizdəki rəqəmlər çox azdır. Gürcüstanda hər ötən gün yoluxma sayı azalır. Bəs bunun səbəbi nədir? Orada cərimələr 1000 dollardan çoxdur. Məhz buna görə insanlar qaydalara tam riayət etdilər və sınaqdan çıxdılar. Eləcə də ABŞ-da, Fransada, İtaliyada, Almaniyada çox yüksək cərimələr tətbiq edilib. Hətta cərimədən başqa digər sərt qaydalar, bəzi hallarda isə həbslər tətbiq edirdilər.

Deputat təxirə salınmadan cərimələrin artırılmasını təklif etdi.

"Millət vəkili kimi təklif edirəm ki, 100-200 manatlıq cərimlərə azı 2-3 dəfə artırılmalıdır. Biz məsuliyyətsiz insanları bu formada cərimələməklə, onlara görə virusa yoluxan insanların xərclərini qarşılaya bilərik. Bir daha, xüsusi olaraq, həkim kimi vurğulamaq istəyirəm ki, virus mutasiyaya uğrayıb, daha da təhlükəli forma alıb. Bizi yalnız və yalnız daha da sərtləşmiş karantin rejimi xilas edə bilər”



XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ