Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
2-06-2020, 15:52

Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR

Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR

 

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə öz səmərəsini verir.

Buna görə də əhali Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayır.

Həmin təşəkkür məktublarının bir qismini təqdim edirik:

 

Salyan rayonundan həkim Aygün Salmanova yazır:

"Möhtərəm cənab Prezident, bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. 

Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir.

Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir. Mən həkimlik borcumu yerinə yetirmək və virusa yoluxmuş xəstələri müalicə etmək üçün Astara və Masallı rayonlarına ezam olunan zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum.

Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu, bir vətəndaş və bir həkim kimi məni sevindirməyə bilməz. 

Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Allah Sizi qorusun!”.

Yardımlı rayonunun Qabaqdibi kəndindən Rüfət Sarıyev bildirir: 

"Hörmətli cənab Prezident, hazırda dünyamız böyük çətinliklə üzləşib.

Bütün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Bir sıra ölkələrdə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik və Sizinlə qürur duyuruq. Allahdan Sizə uzun və sağlam ömür arzulayırıq”.

Sumqayıt şəhərindən şagird Kənan Mahmudlu qeyd edir: 

"Möhtərəm cənab Prezident, mən təbiət elmləri təmayüllü gimnaziyanın 6-cı sinif şagirdiyəm. Hazırda dünyanı sarsıdan koronavirus bəlası Azərbaycanda da yayılıb.

Hörmətli Prezidentim, Sizin uzaqgörənliyiniz sayəsində bu bəlanın fəsadları ölkəmizdə minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığının qorunması və xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Bakının Yasamal rayonundan Rəmzi Dədəkişiyev yazır: 

"Hörmətli cənab Prezident, Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin! 1993-cü ildə xalqımızı böyük bəladan xilas etdi. Siz Ulu Öndərin yolunu layiqincə davam etdirirsiniz. Pandemiya dövrü bunu bir daha sübut etdi.

Sizin müdrik qərarlarınız və məqsədyönlü addımlarınız sayəsində xalqımızın koronavirusdan müdafiəsi etibarlı şəkildə təmin olunmaqdadır. Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür.

Ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən xaosu, özbaşınalığı, aclığı indi tərəqqi, inkişaf, yüksək rifah əvəzləyib. Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir. Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!”.

Beyləqan rayonunun sakinləri Mircəfər İsmayılov, Yasəmən Hüseynova, Cəfər Cəfərov və Mansır Kərimov yazırlar: 

"Hörmətli cənab Prezident, Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlar əldə etmiş, çətinliklərin öhdəsindən mətinliklə gəlmişdir. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. 

Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki ataların bir məsəli var: "Gördüyünü qoyub, görəcəyə getmə”. Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin!”.

İmişli rayonunun Yuxarı Qaralar kəndinin sakini Şəmsiyyə Rahmanova bildirir: 

"Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. 

Azərbaycan gənci kimi dünyada, eləcə də ölkəmizdə gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm.

Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, verdiyiniz qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var. Sizə minnətdarıq, cənab Prezident”.

Bakı şəhərindən Mehriban Mirzəyeva qeyd edir: 

"Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. 

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Sizinlə fəxr edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Saatlı rayonunun Çolpı kəndindən Vaqif İbrahimov yazır: 

"Möhtərəm cənab Prezident, Sizə özümün və qohumlarımın adından təşəkkürümüzü bildirirəm. 

Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək, tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz.

Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınıb. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən örnək götürür. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun!

Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-ci ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən dediyi sözləri xatırladım. Ulu Öndər o vaxt demişdi: "İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar”. 

Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə "əhsən” deyirik. O gün olsun ki, işğal edilmiş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq. Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xoşbəxtlik arzulayırıq”.

Şirvan şəhərindən Fəridə Yahyayeva qeyd edir: 

"Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlər, əhalinin maddi rifah halının yaxşılaşdırılması və sağlamlığının qorunması ilə bağlı verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünki biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün ən ümdə məsələdir. 

Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmağı bacarır. Cənab Prezident, mən böyük qürurla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bəladan tezliklə qurtulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəfli və çətin bir yoldasınız.

Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı diləyirəm. Tanrı Sizi və ölkəmizi qorusun!”.

Quba şəhərindən Sahilə Ağasiyevanın məktubunda deyilir: 

"Hörmətli cənab Prezident, son aylarda bəşəriyyətin bəlasına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə bir daha bizimlə - xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. 

Azərbaycanın bütün bölgələrində vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib. Cənab Prezident, Sizin sözünüzlə desək, "Biz birlikdə güclüyük!”. 

Xalqımızın rifahı və sağlamlığı naminə atdığınız bütün addımlarınızı dəstəkləyir, Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

XƏBƏR LENTİ
20:18 | “Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA 20:16 | "Koronavirus şübhəsi olan xəstələr poliklinikalara getməkdən çəkinsinlər"- Səhiyyə Nazirliyi rəsmisi 19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO